Beyləqanda prokurorluq “avtoş”ları himayəsinə aldı: xalq etiraza qalxdı

03.08.2015 - 00:00

beyleqanAzərbaycan cəmiyyəti bəzi vətəndaşların «avtoş»luq etməsi ilə bağlı xəbərləri indi-indi əldə etsə də, əslində onlar çoxdan bu işlə məşğul olur. Əvvəllər belə insanlar hətta «avtoş» videolarını fəxrlə sosial şəbəkələrdə yayardılar. Bunlar maşınla hoqqabazlıq etməyi özləri üçün prestij sayırlar. Ən dəhşətlisi isə odur ki, prezident İlham Əliyevin sərt xəbərdarlığından sonra da həmin avtoxuliqanlar öz çirkin vərdişlərindən əl çəkmirlər, onlar yol hərəkəti qaydalarına riayət etmək əvəzinə, onu pozmağı qəhrəmanlıq sayırlar.
Əslində, inanmaq olmaz ki, hər hansı bir valideyn öz övladına «avtoş»luq etməyi tövsiyyə etsin. Amma fakt faktlığında qalır və “beyni qanla dolu” gənclərin “avtoş”luğu haqda cumhuriyyet.az-a Beyləqandan xəbər daxil olub. Beyləqan rayon sakininin redaksiyamıza bildirdiyinə görə iyulun 29-da gecə saatlarında rayonun baş yolunda  4 nəfər şəxs (onların adları da bizə bəllidir və növbəti yazımızda bunu qeyd edəcəyik) avtomobilləri ilə rayon mərkəzində “təkər oynadıblar”. redaksiyamıza daxil olan məlumata görə rayonun DYP əməkdaşları bi avtomobili saxlayıb. Amma bu zaman sürücü və onun yanında olan 3 nəfər polisə müqavimət göstərib, onlarla əlbəyaxa davaya çıxıb. Beyləqandan cumhuriyyet.az-a verilən məlumata görə avtoxuliqanlar DYP əməkdaşlarına fiziki xəsarət yetirmiş, onları təhqir etmişdir. Sonda avtoxuliqanlarram edilmiş və hadisə protokolaşdırılaraq  prokurorluğa təhvil verilmişdir.

Baş vermiş hadisə ilə bağlı ən ilginc məqamlar avtoxuliqanların işinin araşdırılması prokurorluğa təhvil verildikdən sonra baş vermişdir. Belə ki, mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə işi icraata götürmüş müstəttiq Qibləli Kərimov və Azər adlı prokuror DYP əməkdaşlarına vəzifə başında müqavimət göstərmiş, onları təhqir etmiş şəxslərlə “anlaşma” əldə edə bilib. Bunun nəticəsində isə gecə saatlarında Beyləqanda ictimai asayişi pozanlar azadlğa çıxıblar. Yeri gəlmişkən adı çəkilən prokurorluq əməkdaşları ilə avtoxuliqanlar arasındakı anlaşmanın detalları, qarşılıqlı şəkildə təmin olunan maraqlar haqda da redaksiyamıza məlumatlar daxil olub və bu haqda növbəti yazılarımızda bəhs edəcəyik. Amma hazırda rayon sakinləri baş verənlərdən ciddi narahatçılıq keçirirlər. Qanunu pozanların, qanun keşikçilərinə güc tətbiq edənlərin azadlıqda gəzməsi böyük etirazlara səbəb olub…

Mövzunu davam etdirəcəyik…

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29142

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930