Siyanfər Əliyevin “yeni ixtirası”: Bələdiyyə sədri su borusu ilə kanalizasiya çəkir

10.01.2017 - 01:06

Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev su borusu ilə kanalizasiya xətti çəkir. Bu barədə cumhuriyyet.az-ı özəl mənbə məlumatlandırıb. M’nbənin sözlərinə görə, ümumqəsəbə kanalizasiya şəbəkəsi adı altında kiçik diametrli boru ilə kanalizasiya çəkilişinə start verən S.Əliyevin bu cəhdi onlarla evi susuz və kanalizasiyasız qoyub: “Bir müddət bundan öncə Masazır bələdiyyəsi elan etdi ki, mərkəzləşdirilmiş qaydada kanalizasiya şəbəkəsi çəkəcək. Bəldiyyənin yaydığı bu xəbər vətəndaşlar tərəfindən sevinclə qarşılansa da, çox keçməmiş bu sevinc məyusluqla əvəz olundu. Məlum oldu ki, S.Əliyevin ümumqəsəbə kanalizasiya şəbəkəsi adı ilə təqdim etdiyi layihə kiçik diametrli boru ilə yüzlərlə evə kanalizasiya çəkmək cəhdindən başqa bir şey deyil. Hansı ki, borunun diametrinin bunun üçün əsla yararlı olmadığı, bu boru ilə nəinki bütün qəsəbənin, hətta 15-20 ailənin belə ehtiyacını ödəməyin mümkünsüzlüyü anlama üçün vətəndaşların onu bir dəfə görməsi yetərli oldu.

S.Əliyevin hamını sözün həqiqi mənasındda mat qoyan bu ixtirası onlarla vətəndaşın su xəttinin və kanalizasiya borusunun sıradan çxması, insanların ikinci dəfə xərcə düşməsi ilə nəticələnib. Belə ki, sakinləri mərkəzi kanalizasiya sistemi çəkdikləri ilə bağlı açıqlaması ilə arxayın salan Masazır bələdiyyəsi, vətəndaşların fərdi qaydada, öz vəsaitləri ilə çəkdikləri kanalizasiya xətlərini “daha bunlar sizə lazım olmayacaq” ədası ilə qırıb-töküb ki, bu da mərkəzi kanalizasiya xəyalı suya düşən vətəndaşları ikinci dəfə xərcə salıb.

Mənbənin sözlərinə görə, artıq bir çox vətəndaş yenidən fərdi qaydada knalizasiya çəkilişinə başlayıb ki, bu da onların ailə büdcəsi üçün növbəti zərbədir.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=85368

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan    
 12345
6789101112
13141516171819
20212223242526
2728