Deputat Eldar Quliyevin elm və təhzil bazarı: Kooperasiya Universiteti
Respublikamızda iri çinli məmurların — nazirlərin, komitə, agentlik, xidmət və şirkət rəhbərlərinin, icra başçılarının, deputatların, eləcə də imkanlı iş adamlarının və sənətçilərin elmi dərəcə almaları, özlərini cəmiyyətə alim kimi sırımaları çoxdan adi hala çevrilib. Bu utancverici proses, demək olar ki, hər kəsin gözü qarşısında baş verir. “Alim” adına iddialı imkanlı şəxslər var ki, bir gün yuxudan ayılır və öz-özlərinə sual verirlər: “Bu dünyada hər şeyim varsa, istədiyim hər şeyə nail olmuşamsa, nədən, bir “alim” adım da olmasın?!.”. Belələri, bu məqsədlərinə çatmaq üçün, üz tuturlar ya Elmlər Akademiyasına, ya da Dissertasiya Şurasının fəaliyyət göstərdiyi ali məktəblərdən birinə. Orada adlarını dissertant və ya doktorant kimi qeydiyyata saldırır, formal bir mövzu götürürlər. Bir müddət sonra hər şey hazır olur — ya tapşırıqla, ya da “bazarlıq” yolu ilə dissertasiya işi yazdırılır. Maraqlıdır ki, bütün bu proseslər qısa bir zaman kəsiyində həyata keçirilir. Əsl elm adamları təkcə mövzunun adını iki, üç ilə təsdiq etdirə bilmədikləri halda, saxta alimlər cəmi bir neçə ilə ya elmlər namizədi olur, ya da elmlər dokıtoru. Elm sahəsində baş verən bu cür biabırçılıqlar, bəzi “alim”lərin törətdikləri hoqqabazlıqlar ölkə mətbuatı tərəfindən mütəmadi olaraq gündəmə gətirilsə də, bunun da bir faydası olmur…
Eldar Quliyevin gecikmiş alimliyi
Elmi fəaliyyəti şübhə doğuran, bununla bağlı mətbuatda adı tez-tez hallandırılan şəxslərdən biri də “Azərittifaq”ın İdarə Heyətinin sədri, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədr müavini, Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir. Amma ilk öncə cumhuriyyet.az olaraq onun tərcümeyi-halına qısaca nəzər salmaq istərdik ki, nə demək istədiyimiz sizə də aydın olsun. 1951-ci ildə anadan olan Eldar Quliyev, 1973 – 1974-cü illərdə Respublika Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb. 1981 – 1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olub. 1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini,1993-cü ildə isə, İdarə Heyətinin sədri vəzifəsinə seçilib və indiyə kimi həmin vəzifəni icra edir. 2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru postunu da elə keçirən Eldar Quliyev II, III, IV və V çağırış Milli Məclisin deputatı seçilib və parlamentin Aqrar Siyasət Komitəsinin sədr müavinidir.
Prosesin maraqlı tərəfi ondadır ki, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin aspirantı olan Eldar Quliyevin yadına, yalnız 25 ildən sonra dissertasiya müdafiə edib, alimlik dərəcəsi almaq düşüb. Bundan cəmi bir neçə il sonra isə, ictimaiyyət onu elmlər doktoru, professor kimi tanıyıb. Bu yerdə, ortaya çıxan bu sual bizim üçün də çox maraqlıdır: “Dissertasiya işini uzun illər müdafiə edə bilməyən, heç bir elmi əsər müəllifi olmayan bir Azərbaycan vətəndaşı, necə oldu, yaşa dolandan sonra, saysız-hesabsız uğurlara imza atıb, çoxlu kitablar, elmi əsərlər yaratdı?!”. Maraqlıdır ki, həmin əsərlərin mövzuları ən müxtəlif sahələri əhatə edir — gömrük işi, kənd təsərrüfatı və s., və i. Özü də, Eldar Quliyev bu “uğurlarına” görə, hətta müxtəlif ölkələrdə fəaliyyət göstərən elmi mərkəzlərin, cəmiyyətlərin mükafatlarına, diplomlarına da layiq görülüb.
Kooperasiya Universiteti necə öcəlləşdirildi?
Eldar müəllim əgər bu adlara, mükafatlara layiq idisə, belə bir istedadı vardısa, nədən, bütün bunlar uzun müddət gizli qalıb?! Onun “dahiliyinin” yaşa dolandan sonra üzə çıxmasının xalqa nə faydası?! Bu arada cumhuriyyet.az olaraq daha bir maraqlı məqamı diqqətə çatdırırıq: Eldar Quliyev elmə gəldikdən dərhal sonra, ictimai mülkiyyət olan Kooperasiya Universitetini vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bir qərarla özəlləşdirdi və özünü həmin ali təhsil müəssisəsinə rektor təyin etdi. Əgər Kooperasiya Universitetini özəlləşdirmək, eləcə də Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında çalışan yüzlərlə payçının mülkiyyətini özəlləşdirməyə açıq elan edib, “pay-püş” etmək zəruri idisə, onda kollektiv niyə kənarda qalmalı idi?! Bəs, onların payı kimə çatdı?! Bir ara mətbuatımız da bu mövzunun üstündə “baş sındırırdı”. Lakin çifayda…
Kooperasiya Universiteti də, öz fəaliyyəti ilə, çoxdan ictimaiyyətin qınaq obyektinə çevrilib. Açıq-aşkar görünür ki, ali məktəblər içərisində ən çox qanunsuzluqlar və özbaşınalıqlar məhz bu universitetdə baş verir. Bu ali məktəb ölkədə savadsız mütəxəssislər bolluğu yaratmaqda, universitet anlayışını gözdən salmaqda “mahirdir”. Bütün bunlar isə, məhz Eldar Quliyevin elmi sahədə “xidmətlərinin” acı nəticəsidir.
Azərbaycan Kooperasiya Universitetində bazar qanunları
Kooperasiya Universitetinə qanunsuz tələbə köçürülməsi ilə bağlı konkret şikayətçilərin olduğunu nəzərə alsaq bir daha univerisitetdə nələrin baş verdiyini şahidi oluruq. Bu günlərdə redaksiyamıza məlumat verən mənbə bildirir ki, univerisitetdə dekanlar hər smestr imtahanlarında tələbələrdən 700-800 manat pul tələb edilir. İmtahanlardan uğurla keçən tələbələr belə nəzərə alınmır.
Adını açıqlamasını istəməyən tələbənin cumhuriyyet.az-a dediklərindən: İldən-ilə qiymətlər də qalxır. Müəllimlər isə oxuyan tələbə ilə oxumayan tələbə arasında heç bir fərq qoymur. Onu da deyim ki, hər semestr vaxtı müəllimlərlə yanaşı, sinif nümayəndələri də babat pul qazanır. Məsələn, imtahanın biri üçün 100 manat veririksə, onun 20 manatı sinif nümayəndəsinə qalır. Çox vaxt qaibləri də onun vasitəsilə sildiririk. Tapşırırıq, o da bizə qaib yazdırmır. Qaibin biri 6 manatdır. O isə 4 manata silir”.
Digər bir tələbənin dediklərindən: “3″ almaq istəyən 30, ”4″ almaq istəyən 60, “5″ almaq istəyən tələbə isə 100 manat ödəməlidir: ”İmtahana girməzdən öncə pulumuzu alırlar. Ancaq imtahan başlayandan sonra müəllim deyir ki, mən sizi tanımıram. İmkan olsa, imtahanın sonunda sizə kömək edərəm. Təhsil Nazirliyinin nümayəndələri də imtahan prosesində iştirak etdiyi üçün suallara cavab yazmaq üçün heç bir vasitədən istifadə etməyə qoymurlar. Ona görə də verdiyimiz pulların bir nəticəsi olmur. Ancaq imtahan öncəsi müəllimlər bizi kəsəcəkləri ilə hədələyirlər. Pul verəndə heç olmasa imtahandan keçəcəyimizə 20 faiz inanırıq. Bəzən çoxları pul versələr də kəsilirlər. Müəllimlər imtahandan sonra tələbələrin pulların geri qaytarmır”.
Universitetdə dekan Nadir müəllim və köməkçisi Eldəniz müəllim daha çox canfəşanlıq edir. Tələb olunan məbləğ verilmədikdə tələbə univerisitətə buraxılmır. Görünür, yuxarıda adı hallanan şəxslər rektordan belə çəkinmək fikrində deyillər. Əlbətdə ki, lazımı şəraiti məhz rektor E. Quliyev yaradıb. Növbəti yazılarımızda məqalədə adı hallanan şəxslərin mövqeyini dərc edəcəyik. Bizi izləməyi unutmayın.
Short URL: http://www.cumhuriyyet.net/?p=135492