Zaqatala xəstəxanasında ginekoloji rüşvət: Mehriban həkim kimdən necə qazanır?

25.11.2019 - 11:31

Əgər xatırlayırsınızsa Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsinə təyin olunarkən bir çox insanlar, bu sahədə islahatların aparılacağına və rüşvətin qarşısının alınacağına ümid edirdilər. Amma vaxt ötdükcə görürsən ki, bunlar yalnız arzuymuş və səhiyyə sistemində nəinki islahatlar aparılmadı, əksinə səhiyyə ocaqlarında rüşvət az qala rəsimləşərək kəllə-çarxa çıxdı. Rayondakı mənbələrə istinadən cumhuriyyet.az bildirir ki, mövcud qanunlarda səhiyyə xidmətlərinin pulsuz olması öz əksini tapsa da xəstəxanaların böyük əksəriyyətində ölkə başçısının tövsiyə və tapşırıqlarına məhəl qoyulmur. Xəstələrin müayinə və müalicəsi üçün elə böyük həddə rüşvət istənilir ki, bu da əhalinin kasıb təbəqəsində haqlı narazılıqlara səbəb olur.
Bütün bunlarla bağlı mətbuatın dəfələrlə yazmasına baxmayaraq, xəstəxanalardakı və doğum evlərində neqativ hallar davam edir. Belə olduğu halda əhali arasında ümid tükənir və hakimiyyətə qarşı inmsızlıq yaranır. O da heç kimə sirr deyil ki, bazar prinsipləri ilə fəaliyyət göstərən xəstəxanalar vətəndaşlarda hakimiyyətdən narazılıq hissləri yaradır. İndi isə cumhuriyyet.az olaraq rüşvətin və korrupsiyanın qol-qanad açdığı tibb müəssisələrindən biri olan Zaqatala rayonu Mərkəzi Xəstəxanası haqda məlumatları diqqətinizə çatdırırıq. Rayon sakinlərinin redaksiyamıza ünvanladığı şikayətdə Xəstəxananın ginekoloqu Mustafayeva Mehriban Əhməd qızı haqqındadır. Belə ki, bizə ünvanlanan şikayətdə bu şəxsin vətəndaşlara açıq bazar şəklində pullu xidmət göstərdiyi bildirilir: “Bunun nəticəsidir ki, Mehriban Mustafayeva rayonun oliqarxlarından birinə çevrilib. Rayonda geniş maddi imkanlara malik ailə kimi tanınan Mustafayevlərin 3 övladının xaricdə təhsil almasının özü geniş məsrəflər tələb edir. Adi bir həkim maaşı ilə isə bunu etmək mümkün deyil”
Şikayətdə bildirilir ki, M.Mustafayevanın öz peşəsinə müvafiq olaraq əsas gəlir mənbəyi doğum prosesindədir. Sözü keçən xəstəxananın doğum evinə üz tutan sakinlər burada əsl bazar qanunlarının hökm sürdüyünü deyir. Bu barədə cumhuriyyet.az-a göndərilən şikayətdə bildirilir ki,, burda ayrı-ayrı xidmətlərə xüsusi qiymət qoyulub. Məsələn, bildirilir ki, qeyserlə doğuş 600-700 manat, sərbəst doğuş isə 300-500 manata başa gəlir. Bu da əhalinin haqqlı olaraq narazılığına səbəb olur. Bütün bu prosesin başında isə baş həkimin durduğu bildirilir. Baş həkim Xatirə doktorun yuxarılara təqdim etdiyi süni hesabatlardan fərqli olaraq doğum evində rüşvət tüğyan edir. Lap bu günlərdə xəstəxanaya müraciət edən bir vətəndaş doğum prosesi üçün 500 manatödədiyini bildirir. Bütün bu proses isə heç şübhəsiz  M.Mustafayevanın gəlirlərinin tərkib hissəsi sayılır.  Rayon səhiyyəsinə rəhbərlik edənlər də bilməlidir ki, cəmiyyətdə heç kəsin belə “toxunulmazlıq statusu” yoxdur və antikorrupsiya tədbirlərinin gücləndiyi indiki vaxtda öz vəzifəsindən sui-istifadə etmək, dövlətin və xalqın mənafeyini şəxsi mənafeyinə qurban vermək VƏTƏNƏ XƏYANƏTDİR.

P.S. İrəlləyən günlərdə adıçəkilən doğum evində baş verən digər qanunsuzluqlar barədə yazacağıq və biləcəksiniz ki, baş həkimin korrupsiya yuvasına çevirdiyi doğum evində baş verən qanunsuzluqların ört-bastır edilməsində hansı nüfuzlu şəxslərin adı çəkilir.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazıtıq!

Vüqar Rəcəb oğlu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=137136

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Yanvar 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031