35 saylı marşurut Nəqliyyat Nazirliyinin tələb və qaydalarına məhəl qoymur

10.02.2017 - 10:12

Sözügedən marşurut hərəkət qrafikini, iş rejimini özü müəyyənləşdirir

Xırdalan şəhəri-Novxanı çimərliyi xəttində fəaliyyət göstərən 35 saylı marşurutla bağlı cumhuriyyet.az-a şikayət daxil olub. Novxanı kənd sakini tərəfindən daxil olan şikayətə görə, 35 saylı marşurutun hərəkət qrafiki, iş metodu vətəndaşları sözün həqiqi mənasında mat qoyub. Belə ki, təsdiq edilən hərəkət qrafikinə uyğun olaraq istər gələndə, istərsə də gedəndə Novxanı kəndinin içi ilə hərəkət etməli olan marşurut sürücüləri bir çox halda kəndin içinə daxil olmur, kənardan dövrə vuraraq yollarına davam edirlər ki, bu da insnaların haqlı narazılığına səbəb olur.
Vətəndaşların sözlərinə görə, marşurutun bir çox hallarda kəndin içinə daxil olmamasının isə iki səbəbi mövcuddur. Bunlardan biri kənd daxilində 35 saylı marşuruta minən insanların az olması, digər səbəb isə öz aralarında hərəkət intervalını tənzimləyə bilməyən marşurut sürücülərinin kəndə daxil olmamaq hesabına son dayanacağa vaxtında çatmaq niyyətidir. Məhz bu iki amil kənd sakinlərini 35 saylı marşurutun üzünə həsrət qoyub.
Qeyd edək ki, məlum məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovdan məsələyə münasibət öyrənməyə çalışsaq da, həmişəki kimi, nazirlik təmsilçisi ilə əlaqə yarada bilmədik. Lakin ümid edirik ki, vətəndaşları narahat edən bu problem nə vaxtsa hörmətli N.Həsənova da çatacaq və nazirlik sözçüsü bu problemin həlli zəhmətinə qatlaşacaqdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=87766

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930