Azərbaycan əsilli yəhudi biznesmen haqqında ağır iddialar – “Kriminal razborka”lar, adam oğurluğu…

20.10.2017 - 12:33

Azərbaycan əsilli yəhudi biznesmenin fəaliyyətində yeni-yeni qanunsuz məqamlar aşkarlanmaqdadır. Obyektlərini sataraq, bütün sərvətini şübhəli yollarla Azərbaycandan çıxartmağa nail olan biznesmen Yaruxom İliyev iqtisadi fəaliyyət adı altında kriminal dairələrlə sıx işbirliyi qurub.
Məlumata görə, qubalı biznesmen Azərbaycanla əlaqələrini kəsdikdən sonra dövlətə qarşı əsassız iddialar qaldırmaqla özünü diqqət mərkəzinə gətirməyə çalışdı. İliyev vaxtilə Azərbaycanda sahibləndiyi bir sıra obyektləri əlverişli bazar qiymətinə satmağa nail olsa da, Rusiyaya qayıtdıqdan sonra ölkədə miqyaslı rüşvət tələblərinə məruz qaldığına dair iddiaları dövriyyəyə buraxdı.
O, bu çərçivədə daha da irəli gedərək, “mülkiyyət hüquqlarının pozulması” ittihamı ilə Azərbaycan dövlətinə qarşı məhkəmə davaları açmaqdan da çəkinmədi. Ancaq İliyevlə bağlı yayılan məlumatlar bu “əzabkeş” biznesmenin vurğulanan iddialarının boşluğunu təsdiqləməklə yanaşı, onun öz fəaliyyətini kriminal müstəviyə keçirtdiyini göstərir.
Qeyd olunur ki, İliyev Rusiyanın kriminal dairələri, xüsusilə, azərbaycanlı kriminal avtoritetlərlə sıx əlaqələr quraraq, artıq özünü mübahisəli vəziyyətlərin hakimi kimi aparmaqdadır. İliyevlə əlaqədar gələn xəbərlərə görə, “biznesmen” bu çərçivədə iqtisadi “razborka”lar təşkil edərək, qarşıduran tərəflər barəsində qərar verəcək qədər “şişib”.
Bununla belə, İliyevin kriminal aləmlə əlaqələrini intensivləşdirməsi onun özünü də ağır cinayətlərə sövq edib. İş adamının bioqrafiyasındakı ən son detallar onun bu sahədə də “uğurlu karyera” quruculuğundan xəbər verir.
O baxımdan, kriminal elementlər arasında mübahisələri “həll edə-edə” kriminallaşan İliyevin adının artıq qlobal cinayət sayılan adam oğurluğunda da hallanması təəccüb doğurmur.
Lakin biznesmenin müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarının bəzi yüksək çinli əməkdaşları ilə qurduğu şübhəli əlaqələr onun hələ ki, kriminal fəaliyyətini rahatlıqla həyata keçirtməsinə imkan verir.
Amma bu rahatlığın daha nə qədər davam edəcəyini İliyevin özü də bilmir…(yenicag.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=101942

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930