Bakı Şəhəri üzrə Təhsil İdarəsində “kodlaşdırılmış elektron laborant fırıldağı”

14.04.2018 - 10:04

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə müsabiqələr elan edilmişdi. İmtahanlar 29-30 yanvar 2018-ci il tarixlərində, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin (ünvan: Nizami rayonu, Elşən Süleymanov 120 A, “Neftçilər” metrostansiyasının yaxınlığı) inzibati binasında təşkil olunub.
Bildirilir ki, müsabiqələrin I mərhələsində 1157 müraciət təhlil edilib və 1053 nəfər test imtahanı mərhələsinə buraxılıb. Onlardan 91-i Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, 267-si uşaq birliyi təşkilatı rəhbəri, 637-si laborant olmaq üçün qeydiyyatdan keçib. 58 nəfər isə TDM-də çalışmaq üçün müsabiqəyə qatılıb.
Rubrika.az saytına verilən məlumata görə işə qəbulla bağlı keçirilən imtahanların üzdə olan bu hissəsindən sonra prosesin görünməyən hissələri başlanır. Belə ki, saytımıza daxil olan informasiyaya görə əslində işə qəbul prosesinin şəffaflığının təmin olunması üçün keçirilən imtahanlar formal xarakter daşımış, əvəzində yenə də direktorlar və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kadrlar şöbəsi öz prinsipləri üzrə hərəkət etmişlər. Elə düşünməyin ki, imtahanlar keçirilməyib. Əsla, imtahanlar da keçirilib, nəzarətçilər də olub. Hətta imtahan suallarını cavablandırıb həyacanla nəticələrin elan olunmasını gözləyənlər də olub. Amma, laborant vəzifələrinə heç də həyacan keçirənlər yox, soyuqqanlı şəkildə prosesin sonunu gözləyənlər qəbul ediliblər.
Məlumata görə, bu dəfə də direktorlarla BŞTİ arasında olan “centlmen razılaşması” öz rolunu oynayıb. Belə ki, məktəb direktorları işə qəbul etmək istədikləri laborantların imtahan kodlarını əvvəlcədən BŞTİ-yə təqdim etmiş, nəticədə həmin şəxslər də imtahandan “yüksək bal toplayaraq” işə qəbul olunublar. Müxtəsəri, imtahanlar sırf formal xarakter daşımış, laborantlar heç də imtahan yolu ilə deyil, “laborator qaydada” qəbul ediliblər.
Rubrika.az saytına verilən məlumata görə bu prosesi həyata keçirənlərin maraqları təkcə maddi baxımdan yekunlaşmır. Onlar bu yolla Təhsil naziri vəzifəsini icra edən Ceyhun Bayramova xəyanət edərək görülən işlərə kölgə salırlar. BŞTİ-də kimlərinsə təsiri altında Ceyhun Bayramova xəyanət edən qruplaşma haqqında əlimizdə kifayət qədər məlumatlar var. Yaxın günlərdə onlar haqqında ətraflı məlumat verəcəyik.(rubrika.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=117416

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2018
BE ÇA Ç CA C Ş B
« Mar    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30