Nazirə meydan oxuyan direktor: Şamaxıda feodal qaydaları davam edir

23.05.2018 - 09:23

Bu günlərdə Şamaxı rayonunda şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova ilə bağlı material dərc etmişdik. “Ceyhun Bayramovun təhsildə “moyka” siyasəti: Şamaxı məktəbində rüsvayçılıq” başlıqlı yazıda sözügedən təhsil müəsisəsində baş verən özbaşınalıq və direktorun heç bir ölçüyə sığmayan əməllərindən bəhs olunurdu. Konkret səs yazısı və videomateriallarla tədiq edilən özbaşınalığa təhsil nazirliyi tərəfindən bu günədək heç bir münasibət bildirilməyib. Məktəb işçilərinə feaodal kimi hökmranlıq edərək öz avtomobilini yuduzduram direktor hələdə iş başındadır…
Məlumatlı mənbədən cumhuriyyet.az-a Sabir qəsəbə tam orta məktəb və direktor Gülnurə Babaşovanın əməlləri ilə bağlı yeni məlumatlar daxil olub. Bu məlumatlar direktorun nəinki bir təhsil müəsisəsinin başında dura bilməyəcəyini, hətta obyektiv hüquqi araşdırmadan sonra azadlığını belə itirə biləcəyini göstərir. İlk olaraq onu bildirək ki, son materialdan- avtomobilin yuyulmasından sonra video görüntüdə yer alan şəxslərdən izahat alınıb. Rayondakı mənbənin bildirdiyinə görə məktəb işçilərinə izahat yazdırılıb ki, onlar direktorun maşınını məcburiyyətlə yox, könüllü şəkildə, öz istəkləri ilə yuyurmuşlar(?). Amma məktəb kollektivi arasında direktora olan gerşək münasibət tam fərqlidir. Belə ki, bir müddət öncə məktəbin bir qrup müəllimi təhsil müəsisəsindəki özbaşınalıq, yığılan rüşvət, qanunsuzluqlarla bağlı həm təhsil nazirliyinə, həm də korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət ediblər. Müəllimlərin bildirdiyinə görə, müraciətləri ilə bağlı hər hansı bir tədbir görüldüyündən xəbərsizdilər. Halbu ki, bu müraciətdə kifayət qədər ciddi ittihamlar yer alır. Məsələn, ortada Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın “ölü canları”nın konkret adları var. Həmin müraciətə istinadən cumhuriyyet.az olaraq bu adlardan bəzilərini və rəsmi cədvəli diqqətinizə çatdırırıq: Mərdanov Agadur, Məmmədov Hacı, Manafov Manaf, Quliyeva Gültəkin.

Məktəbdə baş verən özbaşınalıqlarla bağlı bir qrup müəllim dəfələrlə Təhsil Nazirliyinin “qaynar xətt”inə zəng vurub. Mətbuat vasitəsi ilə və teleqram şəklində ölkə başçısına da müraciətlər ünvanlanıb. Özbaşınalıq isə hələ də davam edir. Baş verənlərlə bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, direktor tərəfindən müəllimlərə saxta sertifikatların verilməsi faktı da maraq doğurur.Rusiyanın Moskva şəhərində yerləşən “Университет Информационных Технологий”–nin 72 saatlq kompüter kursunu bitirmək haqqında rektor А.B.Şkred-in adından saxta sənəd tərtib edərək müəllimlərə 100 manatdan satıb. Sertifikat almış müəllimlərin nəinki hansısa ölkəyə getməsi, hec Şamaxı rayonundan kənara çıxması halı olmayıb. Özünün vəzifə səlahiyyətini aşması azmış kimi indi də ayrı-ayrı vəzifəli şəxslərin adından istifadə etməsi halı aşkarlanır. Bu məsələ ilə bağlı yəqin ki, hüquq-mühafizə orqanları məşğul olacaq.
Digər fakt isə dərslərin qeyri-ixtisasdan olan müəllimlər arasında bölüşdürülməsidir. Ədəbiyyat və Azərbaycan dili müəllimi ola-ola həmin dərsləri başqa ixtisasdan olan müəllim tədris edir. Vakansiyadan gizlədilmiş yerlər qeyri-ixtisas müəllimləri arasında bölüşdürüb. Diaqnostik qiymətləndirmədən az bal yığmış bacısını və anasını 30-35 saat dərslə təmin edib. Digər yüksək bal toplamış müəllimlərə isə hərəsinə 10-18 saat dərs verməklə ciddi gərginlik yaradıb. Fakultətiv məşğələləri özünə yaxın adamlara yazmaqla pulları mənimsəyir. İbtidai sinif müəlliminə musiqi, riyaziyyat, informatika dərsləri verib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=119257

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930