Bakı meriyasında Coşqun Əliyev faktoru: parklanmalardan yığılan qanunsuz pullar kimə gedir?

27.02.2019 - 23:43

Bakı merinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini ləvğ etməməsi müəmma ilə qarşılanır
Eldar Əzizov Bakı Şəhər İcra Hakmiyyəti təyin edildikdən sonra ilk işi qurumda islahatlar aparması oldu. Son iki ayda Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən 4 idarə ləvğ edilib. Bundan başqa sabiq mer Hacıbala Abutalıbovun “komandası”na daxil olan xeyli sayda vəzifəli məmur işdən çıxarılıb. Paytaxt merinin apardığı islahatlar çərçvəsində BŞİH-nin nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini ləvğ etməməsi isə bəzi qaranlıq məqamlardan xəbər verir. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmadan məlum oldu ki, Coşqun Əliyevin rəhbərlik etdiyi Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi hazırda hər hansı bir işlə məşğul olmur. Bir vaxtlar paytaxtın mərkəzində yaradılan parkamantlara nəzarət edən və gündəlik külli miqdarda vəsait yığan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin səlahiyyətləri alınaraq Bakı Nəqliyyat Agentliyinə verildi. Paytaxt parkamantlarından yığılan vəsaitlə hesabına BŞİH-nin ən “yağlı” qurumu olan Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi indi sadəcə havada qalıb desək heç də yanılmarıq.

Amma Bakı Nəqliyyat Agentliyi parkamantları tam təhvil almasada adı çəkilən qurumun adı ilə daynacaqlardan vəsaitlər toplanmaqda davam edir. Məsələ ilə bağlı bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli mətbuat konfransı keçirərək hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti olmadığını bildirmişdi: “Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik”.

Paytaxtdakı avtomobil parkomantlarında baş verən özbaşınalıqlarla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda vurğulanır ki, həqiqətən də dayanacqlardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyatı yoxdur. Parkomantların Bakı şəhər İcra Hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilməsindən sui-istifadə edən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəhbərliyi dayanmadan qanunsuz pul qazanmaqla məşğuldur. Etibarlı mənbənin cumhuriyyet.az-a verdiyi məlumatda qeyd olunur ki, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Coşqun Əliyev və havadarlarının yaratdıqları qruplar gün əzində parkomantlara qoyduqları nəzarətçilərdən külli-miqdarda vəsaitlər toplamaqla məşğuldurlar.

Coşqun Əliyev və havadarları bu məsələyə Bakı meri Eldar Əzizovu da şərik etdiklərini və yığılan pulların bir hissəsinin ona çatdığını deyirlər. Mənbəmiz bildirir ki, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi rəisi və havadarları paytaxtdakı parkomantların Bakı Nəqliyyat Agentliyinə verilməsini heç cürə həzm edə bilmirlər. Çünki yarandığı gündən parkomantlardan milyonlar oğurlayan adı çəkilən idarə artıq havada qalıb və çox güman ki, ləvğ olunmaq üzrədir. Məhz bunu nəzərə alan Coşqun Əliyev və “komanda”sı Bakı Nəqliyyat Agentliyi adından gündəlik bir neçə on min manat vəsait yığırlar. Məsələ ilə bağlı cumhuriyyet.az-a daxil olan məlumatda qeyd olunur ki, Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi rəisi Coşqun Əliyev və Bakı Şəhə İcra Hakimiyyətindəki havadarları parkomantların Bakı Nəqliyyat Agentliyinə təhvil verilməsi məsələsinin uzanmasında maraqlıdırlar. Mənbəmiz təhvil-təslimin uzanması üçün soyğunçu qruplaşmanın bütün vasitələri işə saldığını və mediada Bakı Nəqliyyat Agentliyinə qarşı piar apardığını da qeyd elədi…

BŞİH-dən cumhuriyyət.az-a daxil olan məlumatda vurğulanır ki, paytaxt meri Eldar Əzizovun Coşqun Əliyevin idarəsini ləvğ etməməsi və rəisi işdən çıxartmaması bəzi qaranlıq məqamlardan xəbər verir. Çünki Coşqun Əliyev keçmiş mer Hacıbala Abutalıbovun kadrlarından sayılır. Eldar Əzizovun köhnə komandanın xeyli sayda kadrı ilə vidalaşacağı halda Coşqun Əliyevi “görməməsi” heçdə inandırıcı gəlmir. Saytımıza daxil olan məlumata görə paytaxt meri yaxın günlərdə Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsini ləvğ etməklə bərabər, rəis Coşqun Əliyevi BŞİH-nin nəzdindəki qurumlardan birininin rəhbərliyinə təəyin edəcək. Artıq bu məsələ ilə bağlı bütün hazırlıqlar tamamdır və yaxın günlərdə Coşqun Əliyevin təyinatı ilə bağlı ictimaiyyət məlumat veriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127119

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Avqust 2019
BE ÇA Ç CA C Ş B
« İyl    
 1234
567891011
12131415161718
19202122232425
262728293031