Nazir dayısı deputata qarşı – Ağsuda qalmaqal

03.09.2015 - 02:08

aqsu3Adı ölkə mediasında müxtəlif qalmaqallarla bağlı hallanan Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyevlə bağlı yeni məlumatlar əldə etmişik. Həmin məlumatlarda icra başçısı ilə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən deputat seçilmiş, biznesmen Ərəstun Cavadov arasında ciddi qalmaqalın mövcudluğu iddia olunur:

“Son vaxtlara qədər icra başçısı ilə deputat arasında ciddi ixtilaflar olmasa da son bir neçə aydır ki, tərəflər arasındakı münasibətlər öz gərginliyi ilə seçilir. Buna səbəb isə icra başçısı Ənvər Seyidəliyevin deputat Ərəstun cavadovun onun əleyhinə fəaliyyət göstərməsindən şübhələnməsidir. İcra başçısı hesab edir ki, onun əleyhinə ölkə mətbuatına ötürülən çox ciddi bir informasiyanın yayılmasında (həmin informasiyanın təfərrüatları bizə bəllidir, sadəcə hələlik bu mövzuya qayıtmaq istəmədik-red) Ərəstun Cavadovun əli olub. Bu isə tərəflər arasında “soyuq küləklərin” əsməsinə səbəb olmaqla münasibətləri az qala düşmənçilik həddinə gətirib çıxarıb”.

Məlumatda bildirilir ki, bu yaxınlarda Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev rayon məmurlarını, ziyalılarını, ağsaqqallarını bir araya toplayaraq, onlardan gələn il keçiriləcək parlament seçkilərində biznesmen deputat, Mərkəzi Univermağın sahibi Ərəstun Cavadovu müdafiə etməməyi tapşırıb. İcra başçısı açıq şəkildə bildirir ki, o, hər vəchlə Ərəstun Cavadovun deputat seçilməsinə imkan verməyəcək. Xatırladaq ki, Ə.Seyidəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun dayısıdır. (Savash.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=31066

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728