Beyləqan təhsilindən Maliyyə Nazirliyinə 5 min manatlıq rüşvət: Tofiq Sadıqovun yeni macəraları

07.03.2016 - 00:01

Təhsil şöbəsinin müdirinin şəriki olaraq tanınan 1 saylı orta məktəbin direktoru bunun üçün hər şagirddən 2 manatdan yığıb

tofiqsadiqBeyləqan təhslində bir sıra neqativ hadisələr yaşanır. Təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun «gərgin» əməyinin nəticəsi olaraq, rayon təhsilində olmayan iş qalmayıb. Burada adı məktəbdə olan, özü isə Bakıda başqa bir məktəbdə təhsil alan şagirddən tutmuş, xəstə uşaqların adından mənimsənilən pullara qədər hər cür işlərə şahid olmaq mümkündür.
Mlumata görə, Maliyyə Nazirliyinin müfəttişləri fevralın 22-23-də Beyləqan Təhsil Şöbəsində apardığı yoxlama zamanı bir sıra neqativ hallar üzə çıxarıb. Bildirilir ki, şöbə müdiri Tofiq Sadıqova yaxın olan 1 saylı orta məktəbin direktoru Gülbəniz xanımın ortaya çıxardığı faktlar isə hamını «heyran» qoyub. Belə ki, bu məktəbdə şagirdlərin dərs davamiyyəti 40 faizdən yuxarı olmayıb. Bundan başqa, hər sinifdə 20 şagirdin adı jurnalda yazılsa da, cəmi 8 şagirdin təhsil aldığı üzə çıxıb. Yerdə qalan 12 şagirdin isə Bakıda oxuduğu aşkarlanıb.
Beyləqan təhsilində problem bununla bitmir. Təkcə 1 saylı orta məktəbdə 16 xəstə uşağın adı var. Onlara evdə dərs keçilməli olduğu halda, proses ümumiyyətlə reallaşdırılmır. Əvəzində isə həmin dərslər üçün ayrılmış vəsaitlər direktorla Təhsil Şöbəsinin müdiri arasında bölüşdürülür. Qeyd edək ki, direktor Gülbəniz xanım ötən gün müəllimləri bir-bir çağıraraq, onlardan kabinetində 100 manat pul alıb. Bir neçə müəllim istisna olmaqla, yerdə qalanların hamısı pulunu ödəməklə canlarını qurtarıblar. Bundan başqa, direktor işlədiyi 3 il ərzində o, 12 müəllimi işə qəbul edib. Amma son maliyyə yoxlamalarından sonra xanım direktor 30 min manat cərimə olunub.
Maraqlıdır ki, Beyləqan təhsil şöbəsinin müdiri Tofiq Sadıqov yoxlamalara irad tutub ki, onun ən yaxın adamının cəriməsi niyə belə yüksək olub. Şöbə müdirinin Gülbəniz xanımı özünə çox yaxın bilməsinin konkret səbəbləri var. Ona görə ki, Tofiq Sadıqovun gəlini həmin məktəbdə müəllimə işləyir. Daha doğrusu, adı gedir, amma özü məktəbin həyətini belə tanımır. Əfsanə Qasımovanın şöbə müdirinin gəlini olması səbəbindən direktor da səsini çıxarmır.
Cərimənin çox olması səbəbindən Tofiq Sadıqov Gülbəniz xanıma çatdırıb ki, 5000 manat gətirib müfəttişlərə vermək lazımdır. O da etməyib tənbəllik, müəllimlərdən 10 min manat yığıb, 5000 manatını verib şöbə müdirinə, yerdə qalanını da cibinə.
1 saylı orta məktəbdə adı olub, özü olmayan müəllimlər də var. Məsələn, Müşfiqə Rəhimova bu qəbildən olandır. Həmçinin məktəbin 2 şagirdi də Bakıda hazırlıq oxuyur. Amma adları jurnalda qeyd olunub. Onlardan biri Nərmin Hüseynli, digəri isə Məhəmməd Balayevdir. Məhəmməd Balayev Təhsil Şöbəsinin inspektoru Tahir Balayevin oğlu olduğu üçün belə bir imtiyaz sahibinə çevrilib. Tofiq Sadıqovun təhsilində bəzən elə biabırçı vəziyyətlər yaşanır ki, ona ad belə qoymaq olmur. Məsələn, 1 saylı orta məktəbin direktoru ötən gün valideynləri bir araya gətirərək, onların hər birindən 2 manatdan pul yığıb. Və bunu belə əsaslandırıb ki, məktəbin ayaqyolusu yoxdur, yenisini tikmək zərurəti yaranıb.
Bu azmış kimi, Gülbəniz müəllimə işçilərin əmək haqqı kartlarını alması üçün də hər birindən 2 manatdan pul yığıb. Həmin pulun heç də hamısını özünə götürmür. Çünki şəriki kimi tanınan Tofiq Sadıqov da var. Nəzərə alaq ki, 1 saylı orta məktəbdə 800 şagird təhsil alı rvə onların hər birindən 2 manat pul yığılarsa, bu toplam 1600 manat «qazanc» deməkdir. Amma onu da qeyd edək ki, hələ heç bir təhsil şöbəsinin müdirinin ağlına ayaqyolu tikmək adı altında pul qazanmaq fikri gəlməyib. (azerinews.tv) Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq

Short URL: http://www.cumhuriyyet.net/?p=56771

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728