“Deltakom” MMC-nin 7 korrupsiya möcüzəsi: milyonlar necə mənimsənib?

28.04.2016 - 05:38

rr“Deltakom” MMC-ilə bağlı cumhuriyyet.az-ın elektron poçtuna ilginc araşdırma yazısı daxil olmuşdur. Həmin araşdırmada ağla gəlməyən korrupsiya faktlarının Deltakom MMC-də necə ardıcıllıqla və hansı mexanizmlə davam etməsi nəticəsində qazanılmış “çirkli” milyonların rəhbərlik və onlara “krışalıq” edənlər tərəfindən necə bölüşdürülməsi mənzərəsi tam çılpaqlığıilə üzə çıxarılıb.
Bildirək ki, “Deltakom”MMC ölkəmizdə fəaliyyət göstərən ən məşhur mobil operator hesab olunan Azərcellə 2007-2014-cü illərdə ən sıx əməkdaşlıq etmiş bir şirkət olmuşdur. Belə ki, əvvəllər Azərcell ona məxsus saytların fasiləsiz işləməsini, yenilərinin qurulmasını, yenilənməsini, yerlərinin dəyişdirilməsini, sökülməsini, ərazilərdə təmir işlərinin aparılmasını və digər lazım olan işlərin icrasını məşhur ERİCSSON şirkətilə 2007-2011-ci illər üzrə müqavilə bağlayaraq sifarişçi təşkilat kimi çalışmışdır. ERİCSSON şirkəti də AZƏRCELL qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək üçün VİER və bizim “Deltakom” MMC ilə müqavilələr bağlamışdır. Təbii ki, məhz bu şirkətlər qeyd edilən iş və xidmətləri müqavilə üzrə vaxtında icra etməli idi. Ancaq cumhuriyyet.az-a daxil olan məlumatada bildirilir ki, sonradan ERİCSSON şirkətini müəmmalı formada Türkiyənin MOBASİS şirkəti əvəz etdi. Bəzi məlumatlara görə MOBASİS Özbəkistanda və Qazaxıstan Respublikalarında gördüyü irimiqyaslı korrupsiya əməllərinə görə bu ölkələrdən didərgin salınmışdır. Hətta İsveçrənin bir şirkəti onu törətdiyi qanunzidd əməllərə görə məhkəməyə də vermişdir. Belə bir qaranlıq keşmişi olan MOBASİS 2011-ci ildə Azərbaycanda peyda olur və dərhal da ən gəlirli Azərcellə müqavilə bağlayaraq fəaliyyətə başlayır. Və yenə də bu şirkət vasitəsilə VİER və “Deltakom” MMC Azərcellin sifarişlərini 2011-2014-cü illər ərzində yerinə yetirmişdir. Mobasis vasitəçi şirkət olaraq görülən işlərə və xidmətlərə görə bütün pul əməliyyatları onun birbaşa iştirakıilə həyata keçirilirdi. 2014-cü ildə Mobasis yenə öz ampulasında qalaraq 2014-cü ildə Qazaxıstanda olduğu kimi heç bir qeydiyyatı, ünvanı olmadan fəaliyyət göstərmiş, külli-miqdarda pul qazanmış və qəfil də qeyb olmuşdur.
Bəs iş icraçılarından biri hesab olunan “Deltakom”MMC necə pul qazanırdı?
1.Öz payına düşən və Azərcellə məxsus 1200 sayta sadəcə fasiləsiz işinə nəzarət etməyə görə hər birindən ayda 200 ABŞ dolları pul almışlar.
2.Yeni saytların qurulması,yəni Azərbaycanın müxtəlif ərazilərində torpaq sahələrinin alınmasına, elektriq xəttinə qoşulması üçün texniki şərtlərin əldə edilməsinə və yeni saytın quraşdırılmasına görə ayrıca şişirdilmiş xidmət haqları hesablanırdı,
3.Saytlarda yenilənmə işlərinin aparılmasına görə (Yəni, 2G,3G, ;G və transmissiyaya görə) yüksək məbləğdə xidmət haqları hesablanırdı,
4.Yerlərin dəyişdirilməsi və saytların sökülməsi işlərinə görə də ayrıca smeta tutulurdu,
5.Hər bir stansiyanın yerləşdiyi torpaq sahəsindən asılı olaraq çoxillik icarə müqaviləsi imzalanırdı ki, bu da ərazinin paytaxtda və ya regionlarda yerləşməsindən asılı olaraq qiymətləndirilirdi.( hər ay 1000-5000AZN olmaqla)
6.Saytların yerləşdiyi ərazilərdə təmir işlərinin görülməsi: Bu bənd üzrə görülən işlərdə külli-miqdarda şişirtmə qiymətlər kağız üzərində rəsmiləşdirilirtdi. Məsələn, sayta gələn kabelin və elektrik dirəklərinin dəyişilməsi üçün zərurət olmadığı halda belə akt yazılırdı ki, guya saytın normal və fasiləsiz işləməsi üçün təmirə və yeni avadanlıqların alınmasına ehtiyac vardır. Və məslən, 4 elektrik dirəyinin dəyişiləsi yerdə sənədə 8-nin dəyişilməsinə və ya yeni sayt yaradılarkən 4 dirək alınası yerdə 9 elekrik dirəyinin alınmasına ehtiyac olması barədə sənədlər tərtib olunaraq Mobasis şirkətinə təqdim edilirdi.Və yaxud guya hansısa stansiyada 12 metr zədələnmiş kabeli 54 metr göstərməklə həmişə dəflərlə artıqlamasıilə pul qazanmağa çalışıblar və 7 il bu əməliyyatları aparmışlar.
7.Hər bir sayta məxsus Azərcellə məxsus FİX generatorlarının təmiri və yanacaqla təmin edilməsi işlərinə görə də “Deltakom” MMC-ayrıca xidməthaqqı almışdır.
Deltakom” MMC-də təxminən 70-90 işçisi əmək fəliyyətilə məşğul olmuş onlara yalnız gün ərzində görülən 10-12 saatlıq iş rejiminə görə əməkhaqqı və onun yarısı həcmində vergilərdən və Sosial Müdafiədən yayınmaq üçün “paket” maaşlar verilirdi. “Deltakomun illik qazandığı gəlir isə 3-5milyon manat civarında ölçülürdü ki, bu “çirkli” pulların çoxunu şirkətə “krışalıq” edən təsisçi və müdir müavini olmuş Rüfət Hacıyevin MTN-də işləyən yüksək vəzifəli zabit qardaşının səmərəsinə əldə edilirdi. Çünki indiki Azərbaycan reallığında belə bir gəlirli müqaviləilə işləmək yalnız və yalnız MTN-nin “dobrosu” ilə mümkün olan bir şeydir ki, bu da təbiiki, nazir Eldar Mahmudovdan xəbərsiz baş verə bilməzdi. Azərcellin və ya Mobasis şirkətlərinin nə həddi ola bilərdi ki, özbaşına başqa bir şirkətlə bu işlərin görülməsi üçün müqavilə bağlaya biləydi.
“Deltakom”MMC bu illər ərzində bu işlərin həyata keçirilməsi üçün ən çox pul qazanmağa hesablanmış variantı isə daha maraqlıdır. Belə ki, Beynəlxalq səviyyədə görülən işlərin qiymətləndirilməsinin standartlaşma cədvəli (AWO) adlanan cədvəl nəzərdə tutulur) ölçüsündən istifadə edilərək dəyişdirilməsi və ya yeni detalın alınması üçün Avropa standartlarına uyğun qiymətlərlə hesablanırdı. Məsələn, 25 metr uzunluğunda fiberoptik kabelin metrəsinin qiyməti (AWO) cədvəlinə görə 50 ABŞ dol. nəzərdə tutulurdusa, “Deltakom” rəhbəliyi 8-ci km bazarından belə kabelin metrəsini 3 manata almaqla külli-miqdarda pul qazana bilirdi. Və bütün alınan mal-materiallar hamısı 7 il ərzində (AWO) siteminə nəzərən hesablanırdı. “Deltakom”un “ağ” və “qara” mühasibatlığına daxil olmuş pulların bölgüsü əsas iki rəhbər şəxs arasında (direktor olmuş Namiq Qocayev və direktor köməkçisi olmuş Rüfət Hacıyev) aparılmışdır. Məsələn, büdcəyə rəsmi daxil olmuş gəlirdən MMC özünə lazım olan 70-ə qədər minik və yük avtomobillərinin, ofis avadanlıqlarının alınmasına, əmək haqlarına və s. yerlərə sərf etmişlər. Hazırda aldıqları avtomobilləri,qurğulları satıb pullarını mənimsəməklə məşğuldurlar.
Hesab etmək olar ki, qanunvericiliyə uyğun olaraq “Deltakom”MMC-nin Nizamnamə kapitalı ən azı 1 milyon manat olub ki, o da ildə 3-5 milyon manat dəyərində olan müqavilələr bağlaya bilmişdir. Bu gün isə əsas rəhbər Rüfət Hacıyev bildirir ki, hazırda MMC-nin fondunda vur-tut 3-4 min manat pul vardır. Halbuki, MMC-lərin borc təminatı onların Nizamnamə kapitalı olmalıdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62669

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930