Eldar Mahmudova güvənən Ceyhun Cəfərovun Kürdəmirdə şok əməlləri… – ŞOK FAKTLAR

20.10.2016 - 12:34

basci“Mən bu günki idarəcilik sisdeminə muxalif fikirli olduğum üçün Kürdəmir rayon İcra Başçısı və polis rəisinin mənə qarşı qurduqları kompleks tədbirlər planı barədə Azərbaycan Respublikasının bütün hüquq mühafizə orqanlarından tutmuş prezident apratına qədər hamıya məktub və teleqramlar yazaraq şikayətimi bildirsəm də heç kəs məni demək olar ki, vecinə almır.

Hətta səfirliklərə də müraciyətlər yazaraq kömək istəməyimə baxmayaraq orada da yerləşdirdikləri adamların sayəsində məktublarım cavabsız qalır. Mənim bir fermer kimi faciyəmi yazmağınızı Sizdən xahiş edirəm ki, bəlkə öz əməllərini oxuyan bəzi məmurlarımızın vicdanları oyandı, şərəf və ləyaqətin təlcə “orden” olmadığın anladılar. Sizi inandırıram ki, güya multukulturalist və demokratik olan bu ölkədə nə demokratiya nə insan azadlığı nə də haqları qorunmur. Mən 2013- cü ilin oktyabrında keçirilən prezident seckilərində onların etdiyi özbaşnalıqları və saxtakarlıqları görüb etiraz etdiyim, ictimayi yerlərdə haqsızlığa son qoymalarını tələb edən çıxışlar etdiyim, 12 oktyabr və sonrakı bəzi icazəli mitinqlərdə iştirak etdiyim üçün məni dəfələrlə polis idarəsinə apararaq Cəbhəcilərə qoşulmamaq üçün hər yolu dənədilər. Güya muxalifətdəkilərin hamısının savadsız olduqlarını, mənim onların sırasında deyil dövlət işlərində işləməyə layiq oldugumu deyərək əqidəmdən nə dərəcədə möhkəm olduğumu yoxlamaq istədilər. Lakin mənim onalrın etdiyi haqsızlıqlarla barışmayacağımı görüb sonunda mənə problər çıxarmağa başladılar.

Ailəmizin birgə təsərrüfatı olan Kürdəmir rayonunun Atakişili kəndində yerləşən fermada özümüzə məxsus heyvanları artırmaq üçün bibimin Nəsimi rayonunda olan evini satdıq, Kürdəmir rayonunda olan evimizi banka girov qoyduq və bütün pullarımızı fermanın təmirinə, torpaqlarının şorandan yuyulmasına və əlavə qoyun alınmasına xərclədik. Kürdəmir rayon İcra Başçısı mənə qarşı olan ilk hücumunu fermaya etdi. Dövlətçiliyimizin düşmanı olan dövlət sirlərini xarici kəşfiyyat orqanlarına verməkdə ittiham etdikləri Eldar Mahmudovun dəstəsində “sərkərdə”lik etmiş iki cinayətkarın Vidadi və … Zeynalovların bacısının əri olan Ceyhun Cəfərovun başçı olmağı üçün onun kürəyində kimin əlinin olduğu hamıya məlumdur. Daim Eldar Mahmudovun indi türmədə olan adamlarına arxalanan Ceyhun Kürdəmirdə bütün idarə müdürlərin evsiz- eşiksiz qoyub, özün öldürməyə cəhd edən, ürəyi partlayıb ölən (torpq şöbəsinin müdri Gülbala- oğlu Əsədin dediyinə görə 150 min manat səhər Başçıya verməli idi tapa bilmədiyi üçün qorxudan səhər oyana bilmədi) də oldu. Kənd icra nümayəndələrindən (5 min manat) tutmuş məktəb direktorlarına (2 min manat) qədər siyahı tutaraq pul yığılıb park salındı, rayonun mərkəzi küçələri idarə müdürlərinə bölünərək təmir etdirildi. Sonra Prezident Kürdəmirə gəldi xalqın dərisin soyaraq görülmüş işdən məmnun olub pul ayırdı, Ceyhun və havadarları da bu məbləğdən razı qaldı. Həmin Ceyhun Cəfərovun tapşırığı ilə 2013- cü ilin may ayının 23- də iki ay əvvəlki tarixə aprel ayının 16- na güya keçmiş başçının getdiyi günə verilmiş bir sərəncamla bizim fermamız əlimizdən alındı. Düz 2015- ci ilin iyun ayına qədər olan 2 ildən çox müddətdə yazdığımız bütün məktublar cavabsız qaldı. Biz fermanın başqasına verilmə səbəbin hətta məhkəmə yolu ilə də öyrənə bilmədik. Kürdəmir rayon məhkəməsi icra hakimiyyətindən aldığı məktubla işi baxılmamış saxlayaraq bağladı. Güya bu işlərə torpaq komitəsi baxır onun da Əmlak komitəsinə birləşməsi gedir və sair bəhanələr… Biz başa düşə bilmədik ki, yerin əlimizdən alınması üçün Sərəncamı niyə verməyinin Əmlak komitəsinə nə dəxli? Nəhayət 2016- cı ildə ortalığa bir akt çıxdı ki, güya 2013- cü ildə 4 nəfər təftiş üçün fermaya gəlibmiş onlar görüblər ki, biz 60 hektar bostan əkmişik. Mən sonradan akta imza etmiş 4 nəfərdən sağ qalan 3 nəfərlə görüşdüm və hər üçü də o akta bu il yəni 2016- cı ilin əvvəlində Əşrəf Şükürovun (icra başçısının aqrar məsəllər üzrə müavini) “başçı tapşırıb ki, burada adları olanlar qol çəksinlər ” deyərək imzalatdığın dedilər (onların səs yazısı da var məndə). Onlardan iki nəfər isə bizim fermamızın ümumiyyətlə yerini bilmədiklərin və heç vaxt oranı görmədiklərini dedilər. Prezidentimizin sahibkarlığa dəstəyi yerlərdəki İcra Başçılarının köməyi ilə həyata keçirilir!

Bu arada Kürdəmirin o vaxtkı polis rəisi Oqtay Məmmədov da bekar dayanmadı. Bizim başımız torpaq probleminə qarışan kimi “rəisin mütəşəkkil oğru dəstəsi” yaranmış imkandan istifadə edə bildi. Qoyunlarımızın oğurlandığını bilən kimi sahə rəisi Aqil Kərimova dedim, o, da cavabında “rəis deyir 5 qonun ver 31 qoyununu verək” dedi (telefonla video çəkilişi var). Məni 2014- cü ilin sentyabr ayının 3 də rəis müavini Mehman Novruzovun qəbuluna apardılar, oğrunu onun otağında görüb sevindim amma rəis müavini sevincimi gözümdə qoydu. Elə oğrunun yanında məni söyüb təhqir edərək belə “təmiz adamdan” şübhələndiyim üçün məni içəri basacağı ilə də hədələdi. Anlaqsız və danışa bilməyən xəstə bir adamın izahatı ilə məni yalançı çıxardılar. Rayon prokuroru on dəfədən çox qərarı ləv edərək yenidən araşdırmaya göndərdi amma polis şöbəsi təkrar həmin qərarı əlavə araşdırma olmadan yenidən çıxarırdı. Budurmu qanunlarımız?

Bundan başqa Kürdəmirin Beyi kənd sakini Alcanov İmamalı bu yeri ona rəisin yəni Oqtay Məmmədovun verdiyin deyərək ( telefonumda səsə yazısı var) 6 sot həyətyanı sahəmi çəpərə zorla alaraq həyətinə salıb. Ona bu işdə Kürdəmir polisi də öz köməyini əsirgəmədi, post patrul maşını ilə gəlib onu mənim yerimi çəpərləyərkən mühafizə etdilər. Rəisə arxalanan Alcanovun oğlu Seymur adımı dövlətimizin düşmanı-müxalifətçi qoyaraq yolda üstümə hücüm cəkib yaxamdan tutdu və məni küçədə sürüməyə çalışdı. Mən bu barədə DİN- nin 102 xidmətinə 02.12.2014- cü ildə saat 14: 20 də zəng vurub məlumat verdim və rayon polis şöbəsinə gedərək ərizə ilə müraciyət etdim. Lakin 2 ilə yaxındı nə 102- yə etdiyim zəngim nə də ərizəm barədə heç bir araşdırma yoxdu. Müxalifətçisənsə elə bil ki, nə vətəndaş, nə də insan deyilsən.

Polislərin və hüquq mühafizə orqanlarının mənə qarşı edilən cinayətlərə göz yummağı məni bundan da daha betər şər böhtana salınacağım qorxusu yaratdığı üçün mən insanlardan qaçıb çöl- otlaq sahələrində öz heyvanlarımın yanında qalmağa üstünlük verdim. Burada isə daha böyük tələyə düşdüm. 05.01.2015 tarixdə çol otlaq sahəsində qoyunlarımı otararkən 3 nəfər silahlı şəxsin mənə yaxınlaşdığın gördüm. Hər birinin əlində bir ov tüfəngi olan bu gənclərdən biri mənə çatan kimi tüfəngini yoldaşına verdi və üstümə hücüm çəkdi. Sonra ikincisi arxadan boğazımı qolu ilə tutaraq məni ölmüş bilənə qədər boğdu və meyidimə də bir- iki təpik vurub getdilər. Mən özümə gələndə DİN-nin 102 xidmətinə zəng vurdum, hadisə yerinə polislər gəldi və sonda, yəni 1 aydan sonra mənə bir məktub gəldi ki, “onları tapan kimi danlayacağıq”. Bu hücüma polisin münasibətin gördükdə onu polislərin təşkil etdiyindən başqa bir şey düşünə bilmirəm. Bu hadisələrin davamı da bunu sübut edir. Budurmu talerant, multukuklturalist, demokratik, nə bilim nə …tik dövlət?

05.06.2015- ci il tarixdə Kürdəmir rayon Xınıslı kəndində gecə saat 2 radələrində qoyunları sadığım tövlənin arxa qapısını açmağa çalışan 2 nəfər şəxsi (Bakı şəhər sakini 5 il həpsdə olmuş Elman Osmanov və Ağsu rayon sakini 8 illik məhbus həyatı yaşamış Qarayev Məhəmməd) polisə təhvil verdik 10- 15 gün sonra bu işdə heç bir cinayət işinin olmadığı polislər tərəfindən aşkar edildi. Sən demə mən gözləməliyəmmiş ki, onlar qoyunu qucağına götürsün və o vəziyyətdə şəkillərin çəkməliyəmmiş ki, Kürdəmirin polis rəisi Oqtay müəllim də onların oraya oğurluq məqsədi ilə gəldiyinə ianansın. Amma mən rəisdən şəxsən soruşanda ki, bəs onlar tövləyə niyə girməyə çalışırdılar Oqtay Məmmədov mənə dedi ki, “yazıqlar içkili olublar, hara getdiklərin, harda olduqların bilməyiblər”. Mən rəisə “əgər sərxoş idi, heç nə bilmirdisə rəisin- prokurorun evinə gedəydi, niyə mənim töləmə gəlirdi?” dedikdə isə məni içəri basmaqla hədələyərək otağından qovdu. Budurmu hüquqi dövlət?

Etdiklərindən utanmayan qanun keşikçilərimiz məni rayon içtimayəti və tanıyanlar arasında yalançı və böhtançıl kimi tanıtmaq üçün bu dəfə mətbuata və sosial mediyaya baş vurdu. Kürdəmirin rəis müavini, məni otağında təhqir edib hədələyən, amma barəsində 100- ə yaxın şikayətim olmasına baxmayaraq heç bir tədbir görülməyən Mehman Novruzov “Təzadlar” qəzetinin 27.10.2015 tarixli buraxılışına müsahibə verərək məni yalançı, böhtançıl və dövlət düşmanı adlandırdı. Bu da özlüyündə çox maraqlı faktdır ki, polis dövət düşməni olduğunu bildiyi adam barəsində tədbir görmək əvəzində jurnalistə şikayət edir. Budurmu ölkəmizdə qorunan insan haqları?

Sonra yəni 2015- ci ilin noyabr ayında məni polisə çağırdılar və rəis Oqtay Məmmədov mənimlə bazarlıq etmək istədi. O mənə 31 baş qoyunumun oğurlandığından 17 ay keçməsinə və dəfələrlə mənim yalançı olduğumu təhqiqatın və istintaqın qərarları ilə sübut etməyə çalışmaqlarına baxmayaraq nədənsə birdən birə 15 qoyun və qalan qoyunların da pulunu vermək qərarına düşdüyünü dedi. Mən özümü qorumaq üçün onun səsini telefona yazmağa məcbur oldum. Açığı mən 5 gün əvvəl məni qəzet və internet səhifələrində rüsvay etməyə çalışan polisdən bu təklifi alanda şübhəyə düşdüm və imtina etdim. Tələbim isə öz qoyunlarımın tapılması və oğrunun cəzalandırılması oldu. Səhəri gün qazel markalı avtomobilə yüklənərək evimə göndərilmiş xəstə saxlamağa yararsız qoyunları görəndə qoyunların təhvil təslim etmək üçün heç bir polisin olmadığın və heyvanların mənşəyinin bilinmədiyi üçün onların oğurluq qoyun olduğun dəqiq bildim. Odur ki, qoyunların şəkillərin və vidiyosun çəkdim və akt tərtib edərək bir nüsxəsin də qazel markalı avtomobilin sürücüsünə verərək qoyunu göndərən adama verməsin dedim. Qoyunları rəsmiləşdirdiyimi eşidən polis rəisi hiyləsinin baş tutmadığını eşitdiyi üçün qalan qoyunların pulun da verməkdən imtina etdi. Mən də 2 əvvəl oğurlanmış cins- damazlıq qoyunlarımın yerinə mənə göndərilmiş (saxlamağa yararsızlığı haqqında həkimin rəy verdiyi) qoyunları aparıb polisin qapısına qoydum. Ən iyrənc hal isə mən qoyunları maşından polis şöbəsinin darvazasına boşaldarkən heç kəsin heç nə soruşmaması oldu. Bundan iyrənc məmur özbaşnalığı, haqsızlıq,ədalətsizlik hansı ölkədə var?

Gördüyünüz mənim hayatım üçün təhlükənin davamı kəsilmək bilmir. İndi məni qorxuya salan artıq evladlarımın həyatıdır. Qoyunlarımı onun oğurladığından şübhə etdiyim, onun oğurladığı qoyunların əvəzinə polis rəisinin qoyun və pul verməyə razı olduğu, onun oğru olduğundan şübhə etdiyimə görə rəis muavini tərəfindən təhqir edildiyim Sor- sor kənd sakini Akif Adıgözəlovun 09.10.2016- cı il tarixdə saat 19 radələrində qırmızı rəngli 011 adlandırdığımız markalı maşınla mənim yaşadığım evə gədərkən yolda qarşımı kəsməsi və avtomabildən çıxararaq üzərimə tuşladığı qoşa lüləli tüfəglə məni hədələməsi artıq onun tərəfindən 4- cü dəfə hədələnməyim oldu. Ən dəhşətlisi isə odur ki, Akif açıq aydın idarə etdiyi oğurluq avtomobilin ağ rəngdən qırmızı rəngə boyadaraq üzərinə də tamammilə başqa maşına aid olan 18 BB 823 dövlət nömrə nişanını bağlamasının səbəbini məni maşınla vuraraq izi itirə bilməsi üçün etdiyin çəkinmədən deməsidir. Bundan əvvəl etdiyi hədələrə görə polisə etdiyim şikayətlərimin qeyri obyektiv araşdırıldığın görən və başqa böyük cinayətlərinin görməzdən gəldikləri üçün polisə və başqa dövlət məmurlarına güvənən Akif artıq hər gün məktəbə 1600 metr piyada yol gedən 2 evladım üçün də təhlükəlidir. Mənim isə nə Akifdən nə də haqsız- ədalətsiz dövlət məmurlarımızdan şikayət edəcək bir yerim yoxdur. Utanmasalar bu gün Qanun qoruyan məmurlar müxalifətçi öldürən adama mükafat təyin etməkdən belə çəkinməzlər.

Bu müraciyətimin əsas səbəbi müxalifətçi yoldaşlarımı qoxurzmaq, əqidələrindən çəkindirməyə çalışmaq deyil tam əksinə onaları inandırmağa çalışmaq istəyirəm ki, gördüyünüz kimi Allah istəməyincə heç kəs Sizə heç nə edə bilməz. Lakin mənim hələ də ümidim var ki, mənim həyatımın təhlükədə olduğunu internetdə oxuyan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbətliyi baxmayaraq ki, onlara dəfələrlə teleqram vuraraq mənim həyatımın təhlükədə olduğun demişəm, vətəndaşları olduğuma görə yox, Avropalılardan ayıbdı deyə bəlkə mənimlə maraqlandılar”.(Anaxeber.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=79674

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930