Təhsil Nazirliyində “şəxsiyyətə pərəstiş” kabusu – EKSPERTDƏN İTTİHAM

07.12.2016 - 08:21

tehs-nazirliyiTəhsil Nazirliyinin şagird uğurları ilə bağlı keçirdiyi tədbirləri təqdirəlayiq hesab edirəm. Mükafatlandırılma mərasimlərinin müxtəlif görkəmli yerlərdə keçirilməsi şagirdlərin yaddaşında əbədi olaraq həkk olunacaq. Dekabrın 6- da “Nizami” Kino Mərkəzində Lütfi Zadə adına Məktəblilərarası I Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimini həmin qəbildən olan tədbirlər sırasına aid etmək olar.
Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, “İstək” liseyinin direktoru Anar Məmmədov, dövlət rəsmiləri, ali məktəblərin rektorları, millət vəkilləri, alimlər, təhsil ictimaiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, təhsil ekspertləri, valideynlər, şagirdlər və media təmsilçiləri iştirak ediblər.
Göründüyü kimi tədbir xeyli tutumlu olub. Ancaq tədbirdəki yol verilən ayrıseçkilik məni xeyli narahat etdi. Təltif üçün səhnəyə dəvət olunanların tərkibinə mütləq baxılmalı idi. Məsələn, “Sabah” İcra qrupunun rəhbəri Şahin Şeyidzadə (onun bu tədbirə aidiyyatını heç cür anlaya bilmədim) təltif üçün səhnəyə dəvət olunsa da Əjdər Ağayevlə Asif Cahangirov bu sıraya daxil edilmədi. Təhsilə dünən gələnlər 30-40 il bu sahədə külüng çalanlardan niyə sayqılı olmalıdırlar? Xeyir ola?rr
Son dövrlər Təhsil nazirliyinin bir neçə rəhbər işçisi ətrafında “şəxsiyyətə pərəstiş” kabusu formalaşdırılıb. Bu yaxşı hal deyil, cənablar! Bunun əyaniliyi həmin tədbirdə də özünü göstərdi. Məsələn Təhsil nazirinin müavini Ceyhun Bayramov həm qızıl medal alanları, həm də mütləq birincini təltif etdi. Belə ssenari olar? Bu hal Məhəbbət xanıma və başqalarına xoş gələ bilərdi. Ancaq əsl gerçəklikdə heç yaxşı görünmədi. Əslində mən bu olimpiada haqqında geniş yazı yazmaq fikrində idim. Lakin şahidi olduğum tamaşa məni elə bu qədər yazmağa vadar etdi.Bütün bunlara baxmayaraq bu yarışmanın qalibləri əsl qəhrəmanlardır.
Dahi İbn Sina “Biliklər kitabı”da yazır: “Məntiqin məqsədi insanı yanlışlıqdan qoruyan biliklər verməkdir. Dərk ediləndən dərk edilməyənə doğru mütləq keçiləsi yol var. Məntiq o elmdir ki, dərk olunmayını dərk olunanın köməyi ilə açır”. Mən qalib gələn və yarışmada iştirak edən şagirdlərimizə arzu edirəm ki, məntiqdən və digər fənnlərdən qazandıqları biliklər onları yanlışlıqlardan qorusun. Məntiqin İbn Sina tərifini təkcə gül balalarımıza aid etmək düzgün olmaz. Bu, həm də böyüklərə aiddir. O böyüklərə ki, məntiq onları da yanlışlıqlardan qorumalıdır. Ən azı Əjdər Ağayevlə Şahin Seyidzadəni fərqləndirmək üçün.

Etibar Əliyev, Təhsil eksperti

Short URL: http://www.cumhuriyyet.net/?p=83859

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31