Laçınlılar icra başçısına qarşı üsyana qalxdı: QARŞIDURMA – VİDEOLAR

01.03.2017 - 23:56

Laçın rayonunun müvəqqəti yerləşdiyi – Taxtakörpü qəsəbəsində rayon rəhbərliyinin özbaşınalığına, vəzifəsindən sui-istifadəsinə, məcburi köçkün və qaçqınların sosial problemlərinin həllinə laqeydsizlik göstərdiyinə görə rayonun icra başçısı Aqil Nəzərliyə qarşı etiraz aksiyası keçirilib.
Taxtakörpü qəsəbəsində yaşayan Laçın rayonundan məcburi köçkün düşmüş sakinlərin repartyor.org-a verdiyi məlumata görə, Taxtakörpüdə keçirilən aksiya Vağazin yatağının yol infrastrukturu, sosial vəziyyətlərinin gərginliyi ilə bağlı olub. Sakinlər etiraz edərək yaşayışlarının çox ağır olduğunu bildiriblər. Aksiya iştirakçıları bildiriblər ki, Laçın RİH-nin başçısı Aqil Nəzərlinin yarıtmaz fəaliyyəti nəticəsində son zamanlar laçınlıların sosial vəziyyəti daha da ağırlaşıb. Məcburi köçünlərin sözlərinə görə, A.Nəzərli icra başçı təyin olunduğu gündən indiyədək əhalinin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində heç bir əməli tədbir görməyib, bu da əhalinin əksər hissəsinin haqlı narazılığı ilə qarşılanır.
Aksiya iştirakçıları bildiriblər ki, Laçın RİH-i başçısının “qara-qura” işlərinə qardaşı Müqabil Nəzərli rəhbərlik edir. Onlar iddia edirlər ki, rayonda ədalətsiz formada aparılan kadr islahatları laçınlıların səbr kasasını daşdırıb. İcra hakimiyyətinin başçısı özünə yaxın olan bir qrup şəxsi rayonun əhəmiyyətli vəzifələrinə təyin edib, lakin savadlı, layiqli kadrların işsizlik probleminə laqeydlik göstərir.
Aksiya iştirakçılarından Səfər Quliyev qeyd edib ki, Taxtakörpü ərazisində infrastruktur da biabırçı vəziyyətdədir. Belə ki, laçınlıların Taxtakörpü ərazisində yaşadıqları elə yerlər var ki, payızın gəlməsiyi ilə burada yollar bağlanır. Lil, palçıq dizə çıxır. Sakinlər burada xəstələrini at belində daşıyırlar. Onun sözlərinə görə, 2015-ci ilin aprelində şəhid olmuş Ülvin Məmmədovun dəfni zamanı da yolların biabırçı vəziyyətdə olması problemlər yaradıb.(repartyor.org)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=89459

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930