“Rəqibə göstərdik ki, biz “Neftçi”yik” – Braliç

06.10.2018 - 11:11

 

“Çox sevinirəm ki, gözəl qələbə qazandıq. Öz gücümüzü göstərməyi bacardıq. Rəqibə göstərdik ki, biz “Neftçi”yik və layiq olduğumuz 3 xalı qazandıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri  “Neftçi”nin futbolçusu Slavko Braliç Topaz Premyer Liqasının 7-ci turunda evdə “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, çempionluq mübarizəsində təkcə “Qarabağ”ı yox, bütün rəqibləri düşünməli olduqlarını söyləyib:

“Əgər liderliyimizi davam etdirmək istəyiriksə, təkcə “Qarabağ”ı yox, bütün rəqibləri fikirləşməliyik. Təkcə “Qarabağ”ı düşünsək, bizim işimiz alınmaz”.

Xorvatiyalı futbolçu qırmızı vərəqə almasına da münasibət bildirib: “Oyun təcrübəmin az olması ilə bağlı sizinlə razıyam. Daha çox meydanda olsam, bu düzələr. Məncə, ikinci sarı vərəqəni aldığım epizodda heç bir şey yox idi”.

25 yaşlı müdafiəçi “Neftçi”dən ayrılmağı düşünmədiyini bildirib: “Mən qışda komandamı dəyişmək haqda heç vaxt düşünməmişəm. Əksinə, oyunlarda, məşqlərdə çalışıram ki, məşqçinin rəğbətini qazanım və əsas heyətdə özümə yer tapım”.

Short URL: http://www.cumhuriyyet.net/?p=123443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728