BSU-da “Mixaylo”nun 100 illiyin keçirilib – Foto

08.11.2018 - 12:51

Bakı Slavyan Universitetində Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.  Cumhuriyyet.net xəbər verir ki, tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra Üzeyir Hacıbəylinin uverturasının sədaları altında Azərbaycan bayrağı salona gətirilib.

Bakı Slavyan Universtetinin rektoru, professor Nurlana Əliyeva çıxış edərək Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Mehdi Hüseynzadənin insanlığın faşizm əsarətindən xilas olmasında göstərdiyi misilsiz şücaətdən danışıb.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il iyun ayında Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyinin qeyd olunması barədə Sərəncamının milli dəyərlərimizə verilən ən yüksək qiymət olduğunu vurğulayıb.

N.Əliyeva Mehdi Hüseynzadənin şərəfli həyat yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün əsl örnək olduğunu deyib.

Rektor tələbələri məhz belə qəhrəmanlardan nümunə götürməyə, onların vətən, torpaq sevgisini əməllərində və qəlblərində yaşatmağa çağırıb. O, işğal altındakı torpaqlarımızın tezliklə azad olunacağını, müstəqil Azərbaycan dövlətinin  ərazi bütövlüyünün təmin olunacağını əminliklə vurğulayıb.

Rektor çıxışının sonunda Yeni Azərbaycan Partiyasının  Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova ilə birlikdə Sloveniyanın Çepovan kəndində Mehdi Hüseynzadənin məzarını ziyarət etmələrini xatırladıb. N.Əliyeva tələbələrə müraciət edərək haqq, ədalət, bəşəri dəyərlər uğrunda döyüşmüş insanların xatirəsini heç vaxt unutmamağa çağırıb.

Sonra söz alan T.Şahbazova da  Çepovan kəndindəki qardaşlıq qəbristanlığında uyuyan M.Hüseynzadənin məzarını ziyarətin bəzi məqamlarını yada salıb.

Rayon Qadınlar Şurasının sədri Slovaniyadan gətirdiyi və üstündə Mehdi Hüseynzadənin büstünun şəkli olan suveniri universitetin muzeyinə hədiyyə edib.

Sonra BSU tələbələri “Azərbaycan oğlu” şeirini söyləyiblər.

Fəlsəfə İnstitunun əməkdaşı  İlham Abbasov “M.Hüseynzadənin partizanlıq fəaliyyəti” barədə müfəssəl məruzə  ilə çıxış edib. O, çıxışında Mehdi Hüsenyzadənin “uzaq sahillərdəki” fəaliyyəti ilə bağlı bir çox qiymətli tarixi faktlara toxunub, onu tanıyan insanların xatirələrindən bəzi nümunələr səsləndirib.

İ.Abbasov həm də M.Hüseynzadənin partizan dəstəsində tək olmadığını, həmin batalyonda 80 azərbaycanlının döyüşdüyünü bildirib.

Tədbirin davamında tələbələr Mehdi Hüseynzadənin qələminə məxsus  “Adriana sahillərində”, “Görən olsaydı” şeirlərini səsləndiriblər. Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin IV kurs tələbəsi Pünhan Piriyev M.Hüseynzadənin sözlərinə yazılmış mahnını ifa edib.

Azərbaycan Respublikasının Dövlət Səfərbərlik Xidmətinin rəisinin müavini, general mayor Zaur Abdullayev çıxış edərək torpaqlarımızın azadlığı uğrunda hər bir şəxsin öz cəbhəsində bir əsgər olmasını arzulayıb. O, BSU tələbələrinin bilikləri dərindən mənimsəməklə öz vətənpərvərlik borclarını yerinə yetirdiklərini  deyib.

Sonra Mehdi Hüseynzadənin bacısı oğlu Hənifə Əlizadə çıxış edərək tədbir təşkilatçılarına yaxınları adından təşəkkürünü bildirib.

Tədbirin sonunda Bakı Slavyan Universitetinin tələbələri “Cənab leytenant”, “Qurban olduğum Azərbaycanım!” mahnılarını ifa ediblər.

Tədbirin sonunda BSU-nun Gənc Rəssamlar Dərnəyinin hazırladığı Mehdi Hüseynzadəyə həsr olunmuş əl işlərindən ibarət  sərgiyə baxış keçirilib.

                                       

 

 

 

 

 

 

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124369

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031