Ermənistanda koronavirusla bağlı vəziyyət gərgin olaraq qalır
Ermənistanda daha 168 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 663-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 818-ə çatıb. İndiyədək 34 584 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 6 018 aktiv koronavirus xəstəsi var.
Short URL: http://www.cumhuriyyet.net/?p=152371