Almaniyada xəstə baxıcısı işləyən Azərbaycan vətəndaşlarının sayı artıb

03.09.2020 - 10:07

Almaniyada səhiyyə sahəsində işləyən əcnəbilərin sayı artıb.

“Report”un Almaniya Səhiyyə Nazirliyindən əldə etdiyi məlumata görə, təkcə keçən il bu sahədə işləyəcək əcnəbilərdən 15 500 nəfərin peşə təhsilləri ilə bağlı diplomları Almaniya hökuməti tərəfindən tanınıb. Almaniya Federal Statistika İdarəsinin açıqladığı rəqəmə görə, bu? 2018-ci illə müqayisədə 49 % çoxdur. Keçən il xəstə baxıcısı kimi diplomları tanınan əcnəbilərin ümumi sayı 2016-cı ildən bəri üç dəfə artıb.

Xəstə baxıcısı kimi Almaniyaya işləməyə gələn əcnəbilər arasında Avropa Birliyi (AB) üzvü olmayan ölkələrin vətəndaşları üstünlük təşkil edib. Belə ki, təkcə keçən il Almaniyaya AB üzvü olan ölkələrdən 2 600 nəfər xəstə baxıcısı işləmək üçün gəlib. Bundan başqa, Filippindən 2 900, Bosniya-Hersoqovinayadan 2 300, Albaniyadan 1 300, keçmiş Sovet ölkələrindən olan Azərbaycan, Ermənistan və Gürcüstandan ümumi gələnlərin ümumi sayı 2 030 nəfər olub. Əvvəlki ildə bu sahədə çalışmaq üçün Almaniyaya gələn Azərbaycan vətəndaşlarından 1 542 nəfər rəsmi qeydiyyatdan keçib.

342 Azərbaycan vətəndaşının əksəriyyətinin peşə təhsilləri ilə bağlı diplomları tanındıqdan sonra, onlar Türkiyədəki xəstə baxıcıları və tibb bacıları üçün təşkil olunan xüsusi kurslar verən peşə kolleclərində 6 ay müddətində təhsil alıblar.

Məlumat üçün bildirək ki, Almaniya hökuməti 2030-cu ilə qədər təxminən 300 minə yaxın əcnəbi xəstə baxıcısına ehtiyacı olduğunu elan edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=153430

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728