Serbiya Prezidenti və Kosovo Baş naziri Vaşinqtonda müqavilə imzalayacaq

04.09.2020 - 11:19

Serbiya Prezidenti Aleksandar Vuçiç və tanınmayan Kosovanın Baş naziri Avdulah Hoti sentyabrın 4-də Ağ Evdə ABŞ lideri Donald Trampın iştirakı ilə mahiyyəti açıqlanmayan müqavilələrin imzalanması mərasimində iştirak edəcəklər. “Report” TASS-a istinadən xəbər verir ki, bu, ABŞ prezidentinin cümə günü üçün cədvəlində göstərilib.

Ağ Ev Vuçiç və Hotinin hansı sənədi imzalayacağını açıqlamayıb. Digər tərəfdən, Serbiya lideri cümə axşamı cümə günü səhərə qədər Kosovo ilə iqtisadi sahədə razılaşmalar əldə olunacağına ümid etdiyini bildirib.

Mərasim dövlət başçısının rəsmi iqamətgahının Qərb qanadında yerləşən Ruzvelt otağında, məhdud sayda Ağ Ev jurnalistinin iştirakı ilə keçiriləcək. Ardından Tramp, Vuçiç və Hoti Oval kabinetdə üçtərəfli danışıqlarda iştirak edəcəklər.

Bundan əvvəl Vuçiç Serbiya nümayəndə heyətinin Vaşinqtondakı danışıqlar zamanı Kosovonun müstəqilliyini tanımaqdan imtina etdiyini söyləmişdi. Serbiya prezidentigörüş zamanı iqtisadiyyat, Belqrad və Priştinanı birləşdirən infrastruktur layihələri,inkişaf agentlikləri vasitəsilə verilən kreditlər və Belqradda Amerika İnkişaf Fondununofisinin açılması məsələlərini müzakirə etdiklərini söyləyib. Həmçinin Priştininin ABŞ zəmanəti altında Balkan İqtisadi Birliyinə (kiçik Şengenə) qoşulması məsələsi də müzakirə edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153610

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930