Gürcüstanda koronavirusa yoluxanların sayı 1 600-ü ötdü
Gürcüstanda daha 25 nəfərə koronavirus diaqnozu qoyulub, 8 pasiyent müalicə olunaraq sağalıb. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma göstəricisi 1 621 nəfərə, sağalanların sayı isə 1 302-yə çatıb. İndiyədək xəstəlikdən 19 ölüm faktı qeydə alınıb.
Hazırda Gürcüstan üzrə karantində 6 144, tibbi nəzarətdə isə 292 nəfər saxlanılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=153640