Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyası işini bərpa edir

07.09.2020 - 15:35

Bu gün Azərbaycan və Özbəkistan xarici işlər nazirləri Ceyhun Bayramov və Əbdüləziz Kamilov arasında telefon danışığı baş tutub. “Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, söhbətin əvvəlində Əbdüləziz Kamilov Ceyhun Bayramovu Azərbaycanın Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı tərəflər müxtəlif səviyyələrdə, o cümlədən Özbəkistanın MDB-də sədrliyi çərçivəsində keçiriləcək ikitərəfli və çoxtərəfli tədbirlərin cədvəlini və digər təşkilati məsələləri müzakirə ediblər.

XİN başçıları koronavirus pandemiyasının yaratdığı yeni şəraitə baxmayaraq, Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinin fəal inkişaf etdiyini, bu ilin yanvar-iyul ayları arasında ticarət dövriyyəsinin 163% artdığını xüsusi qeyd ediblər.

Tərəflər həmçinin Azərbaycan və Özbəkistan arasında Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın işinin bərpası barədə razılığa gəliblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=153763

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728