Səudiyyə Ərəbistanı Asiya və ABŞ üçün neft qiymətlərini endirmək niyyətindədir

07.09.2020 - 15:37

“Saudi Aramco” üçün ən böyük regional bazar olan Asiya qitəsində “Arab Light” markalı neftin qiyməti ardıcıl ikinci aydır azaldılıb.

“Report” xəbər verir ki, bu barədə “İnterfaks” Səudiyyə Ərəbistan dövlətinə məxsus “Saudi Aramco” şirkətinə istinadən məlumat yayıb.

Məlumata görə, azaldılma nəticəsində Səudiyyə nefti Oman və Dubaydan gələn neft səbətindən 0,8 ABŞ dolları ucuz başa gələcək. Asiyalı müştərilər üçün “Arab Super Light” və “Arab Extra Light” markalı neft sortlarında bir barel üçün 1,5 ABŞ dolları, “Arab Heavy”də isə 0,9 dollarlıq ucuzlaşma olacaq.

Oktyabrda ABŞ-dan olan müştərilər üçün neft qiymətlərindəki azalma 0,5-0,7 dollar/barel səviyyəsində olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=153767

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728