Çin yuanı dünyanın 3-cü yığım vasitəsi ola bilər

07.09.2020 - 15:42

“Son vaxtlar Çinə xarici investisiyaların axınının güclənməsi bu ölkənin milli valyutası – yuanın dəyərini kəskin artıra, onu ABŞ dolları və avrodan sonra dünyanın 3-cü yığım vasitəsinə çevirə bilər”.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın investisiya bankı – “Morgan Stanley”in analitiklərinin hesabatında bildirilir.

Sənədə əsasən, hazırda yuanda saxlanılan aktivlərin dünya üzrə xüsusi çəkisi 2% təşkil edir. Bu göstəricinin 2030-cu ilə qədər 5%-10% aralığına yüksələrək yapon yenini və ingilis funt sterlinqini keçəcəyi gözlənilir.

Qeyd edək ki, bu il Çin iqtisadiyyatına xarici investisiya qoyuluşunun 150 milyard ABŞ dollarını keçəcəyi, 2021-2030-cu illərdə isə bu rəqəmin 200-300 milyard ABŞ dolları arasında dəyişəcəyi proqnozlaşdırılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=153773

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728