NATO Gürcüstanda genişmiqyaslı təlimlərə başladı – Səfirlik bəyanat yaydı

08.09.2020 - 11:02

Gürcüstanda Birləşmiş Ştatların, Polşanın və Fransanın iştirakı ilə hərbi manevrlərə başlanıb. NATO-nun Nəcib Partnyor 2020 (The Noble Partner 2020) adlı çoxmillətli hərbi təlimlərinə sentyabrın 7-də start verilib.

Manevrlər sentyabrın 18-də başa çatmalıdır. ABŞ-ın Tiflisdəki səfirliyi sentyabrın 7-də bildirib ki, sayca beşinci olan bu təlimlərdən məqsəd Birləşmiş Ştatların çoxmillətli coğrafiyada hərbi hazırlığının yoxlanmasıdır. Səfirliyin bəyanatında deyilir ki, hərbçilər döyüş silahları və hərbi texnikanın iştirakı ilə təlim keçəcək.

Bəyanatda vurğulanır ki, Nəcib Partnyor silsilə manevrlərindən əsas məqsəd ABŞ-ın regional sabitliyə can atmasını və NATO müttəfiqlərinə dəstək verməyə hazır olduğunu nümayiş etdirməkdir.göstərməlidir.

Xatırladaq ki, Gürcüstan NATO üzvü olmaq niyyətini açıq bəyan etmiş keçmiş sovet respublikalarındandır.

ABŞ Tbilisinin bu niyyətinə müsbət yanaşdığını bildirib. NATO-nun 2008-ci ildə Buxarestdə keçirilən sammitində Gürcüstanın gələcəkdə alyans üzvü olacağına rəsmi razılıq verilmişdi. Moskva NATO-nun bu bəyanatından narazılığını bildirmişdi.

Həmin ilin avqustunda Gürcüstanla qısa müharibədən sonra Rusiya separatçı Abxaziya və Şimali Osetiyanın müstəqilliyini tanıyıb. Gürcüstanın NATO üzvü olmaq niyyətini alyansın heç də bütün üzvlıəri dəstəkləmirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=153801

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728