İlqar Məmmədova 234 min manat kompensasiya ödənilib

09.09.2020 - 11:16

Ali Məhkəmənin plenum iclasının qərarına əsasən REAL partiyaının sədri İlqar Məmmədov bəraət almışdı.

Musavat.com xəbər verir ki, qərara əsasən, Ali Məhkəmənin Cinayət Kollegiyasının, Şəki Apelyasiya Məhkəməsinin qərarları və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilib.

Plenum İ. Məmmədovun həbsdə qaldığı müddətə görə mənəvi təzminat təyin edib. Mənəvi təminatın məbləği 234 min manatdır.

Bildirək ki, partiyanın digər üzvü Rəsul Cəfərov da bəraət alıb. Ona isə 57 min 400 manat mənəvi təzminat ödənilməsi barədə qərar çıxarılıb.

Artıq hər iki şəxsə kompensasiya ödənilib.

Qeyd edək ki, İlqar Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il azadlıqdan məhrum edilib. O, 2018-ci il avqustun 13-də şərti azadlığa buraxılıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153898

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930