Azərbaycanda keçmiş deputatın şirkəti fəaliyyətini dayandırır

10.09.2020 - 10:09

Milli Məclisin II çağırış deputatı (keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı) Elton Məmmədovun şirkəti kimi tanınan “Bakı-XXI Əsr” MMC fəaliyyətinə xitam verir.

“Report” bu barədə İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb şirkətin “Top Properties” MMC-yə qoşulmasıdır. Bununla əlaqədar, 2-ci yenidən təşkil olunacaq.

Xatırladaq ki, “Bakı-XXI Əsr” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,9 milyon manatdır. Şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşası layihəsi üzrə baş podratçı olub, eləcə də uzun illər kompleksi idarə edib. 2017-ci ildə isə avtovağzal Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçib.

“Top Properties” isə bu il yaradılıb. Onun nizamnamə kapitalı 24,1 milyon manatdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=153936

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031