Şəkidə qədim yaşayış məskəni aşkarlanıb – Fotolar

10.09.2020 - 10:56

Şəkidə qazıntılar zamanı qədim yaşayış məskəninin qalıqları aşkar edilib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, ilk dəfə olaraq Fazıl kəndində qazıntılar zamanı arxeoloji dəstə qədim qəbirstanlıqla yanaşı qədim yaşayış məskəninin izlərini təstiqləyən artefaktlar tapılıb.

Beynalxalq arxeoloji ekspedisiya çərçivəsində qazıntı zamanı arxeoloqların diqqətini sarı rəngdə, orta ölçüdə torpaq qatı çəkib. Təmizləmə zamanı 2 min yaşı olan duluzçu sobası da üzə çıxıb.

Arxeoloji ekspedisiyanın rəhbəri Zaur Həsənov “Report”a bildirib ki, aşkar olunan tapıntı unikallığı ilə seçilir: “Vaxtı ilə burada tapılan çoxlu sayda və bir-birindən zəngin gil qablar, mətbəx əşyaları gətirilmə deyil, məhz Fazıl kəndində istehsal olunub. İstehsal isə oturaq məskən, şəhər mədəniyyəti deməkdir”.

Qeyd edək ki, tapılan əşyalar qeydiyyata alındıqdan sonra Fazıl kəndindəki “Labirint “adlanan yeraltı muzeydə nümayiş olunacaq. Tapıntıların kataloq və izahatı beynəlxalq nəşrlərdə çap ediləcək.

Fazıl kəndində arxeoloji qazıntılar gələn il də davam edəcək.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=153940

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Avq    
 123456
78910111213
14151617181920
21222324252627
282930