“BTQ Gürcüstanın tranzit perspektivlərini genişləndirib” – Dövlət Departamenti

10.09.2020 - 11:01

Bakı-Tbilisi-Qars dəmir yolu Gürcüstanın tranzit perspektivlərini genişləndirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Gürcüstanın investisiya mühiti ilə bağlı 2020-ci il üzrə hesabatında bildirilib.

Sənəddə qeyd olunub ki, tranzit və logistika Gürcüstan üçün prioritet sektorlardır: “Gürcüstan Şərq və Qərb arasında artan ticarətdən faydalanmağa çalışır”.

Hesabatda Anaklia dərin dəniz limanı layihəsinin həyata keçirilməsi ilə bağlı gecikmələrin olduğuna da toxunulub: “Gürcüstan hökuməti 2020-ci ildə “Anaklianın İnkişaf Konsorsiumu” ilə müqaviləyə layihə üçün tələb olunan kapitalın səfərbər olunmaması səbəbindən xitam verib. Buna baxmayaraq, hökumət dəniz limanının inşasına sadiq qaldığını və layihə ilə bağlı təkrar tender elan edəcəyini bildirib”.

Short URL: http://www.cumhuriyyet.net/?p=153948

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728