11 sentyabr terrorundan 19 il ötür FOTO VİDEO

11.09.2020 - 10:24

2001-ci ildə Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-da törədilmiş 11 sentyabr terror aktlarından 19 il ötür.

Musavat.com-un  məlumatına görə, 2001-ci ilin 11 sentyabrında “Əl-Qaidə” terror qruplaşmasından olan 19 terrorçu 4 sərnişin təyyarəsini ələ keçirib. Yerli vaxtla saat 08:46-da “Amerikan Airlayns” (Amerika hava yolları) şirkətinə məxsus sərnişin təyyarəsi Nyu Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpılıb. 09:03 radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qalıb. Həmin qüllələr təyyarə hücumuna qarşı davam gətirmək üçün kifayət qədər möhkəm tikilib. Lakin həmin qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı qurğuların partladılması nəticəsində hər iki qüllə dağılıb. Sonuncu hücumdan 40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi — Pentaqonun binası da terrorçuların idarə etdikləri təyyarə tərəfindən vurulub. Bu hücumdan 25 dəqiqə keçdikdən sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlanıb. Həmin təyyarənin hədəfinin Ağ Ev olduğu bildirilib.

Bu hadisələr 3 minə yaxın sadə vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələnib.

Hücumdan sonra Corc Buş administarsiyası Üsamə Ben Laden və Əl-Qaidə təşkilatının ədalətə təslim olunması və digər terror şəbəkələrinin yaranmasının qarşısını almaq üçün terrorizmlə mübarizə elan edib.

Federal Təhqiqat Bürosu 3 gün ərzində təyyarə oğrularının siyahısını tərtib edib. Üsamə bin Laden bu əməliyyatı Əfqanistanda bir mağarada planlaşdırılıb.

Hər il olduğu kimi, bu il də anım mərasim Manhettendə terror aktları qurbanlarının xatirəsinə ucaldılmış memorialın qarşısında başlayacaq.

ABŞ, 11 sentyabr 2001-ci il: görünməmiş terror aktı barədə bəzi faktlar -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

11 sentyabrın" sirri - VİDEO

11 sentyabr - AZƏRBAYCAN24

Çox sirləri hələ də özündə gizlədən Qanlı 11 sentyabr… Obama faciə  qurbanlarının xatirəsini yad etdi – YENİLƏNİB – EtikXəbər

Short URL: http://www.cumhuriyyet.net/?p=153987

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728