DİM sədrindən valideynlərə çağırış

14.09.2020 - 15:31

“Bu il üçün 44 766 nəfər ixtisas seçminə buraxılıb, onlardan 23 300-ü artıq öz seçimini edib”“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

DİM sədrinin sözlərinə görə, son 10 ilin müşahidləri onu deməyə əsas verir ki, həmişə I qrupa axın çox olur: “Texniki ixtisaslara maraq var. Abituriyentlərin “hara düşəcəm?” sualını görəndə təəccüblənirəm. Çünki kimsə harasa düşmür, sadəcə seçimə görə ixtisasa qəbul olmaq var. Odur ki, ixtisas seçimi zamanı çox diqqətli olmaq lazımdır. Valideyn övladının seçimini edəndə gözüyumulu etməsin. Bəzən olur ki, maddi imkan olmur amma ödənişli yerlər yazılır”.

M.Abbaszadə əlavə edib ki, bu il I qrup üzrə 14 924 plan yeri ayrılıb: “Onlardan 200 dövlət sifarişli yerlər II imtahandan sonra bəzi ali təhsil müəssisəsinə veriləcək. 10 343 şəxs bu il üçün I qrup üzrə 200 baldan yuxarı nəticə göstərib. əsas odur ki, onlar seçimini düzgün etsin. 250-260 bal nəticə göstərən 9 162 şəxs var”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154226

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031