Astarada bir ailənin üç nəfər üzvü bıçaqlanıb

17.09.2020 - 10:23

Astarada bir ailənin üç nəfər üzvü bıçaqlanıb.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Təngərüd kəndində baş verib.

Belə ki, ötən gecə 1944-cü il təvəllüdlü Seyran Seyfulla oğlu Abdullayev, gəlini 1978-ci il təvəllüdlü Bəsirə Səfər qızı Abdullayeva və nəvəsi 2000-ci il təvəllüdlü Emral Seymur oğlu Abdullayev bədənin müxtəlif nahiyələrində kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan ikisi – Seyran və Emral Abdullayevlər dərhal əməliyyat olunublar. Reanimasiyaya yerləşdirilən yaralılardan E.Abdullayevin xəsarətlərinin daha ağır olduğu bildirilir.

Hadisə barədə dəqiq məlumat verilmir. İddialara görə gecə saatlarında evə kimlikləri məlum olmayan maskalı şəxslər daxil olub. Çox güman ki, hadisə qarət zamanı törədilib. Astara rayon polis şöbəsindən məsələnin araşdırıldığı bildirilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154410

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930