Əvvəl söyüş söyüb, sonra da ona irad bildirəni öldürən Çərkəzova 14 il cəza kəsildi

18.09.2020 - 11:46

Ötən il baş verən qətlə görə həbs edilən şəxs hakim qarşısına çıxarılıb. Həbs edilən şəxs daha əvvəl də məhkumluq həyatı yaşayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1997-ci il təvəllüdlü Çərkəzov Pərvin Pərviz oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Çərkəzov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il iyunun 24-də Bakının Binəqədi rayonunda baş verib.

Söyüş söymə, xanımdan ayıbdır” dedi, bıçaqlanıb öldürüldü – Binəqədidə qətl  – Binəqədi.info

Məlumata görə, cinayət saat 04:00 radələrində Ağamalıyev küçəsində 6 saylı binanın qarşısında baş verib.

Abdullayev Kamran Azad oğlunun bud nahiyəsinə bir bıçaq xəsarəti yetirilib. K.Abdullayev Kliniki Tibbi Mərkəzə çatdırılanda qan itirdiyinə görə ölüb.

İlkin məlumata görə, qeyd edilən şəxslər daha əvvəl bir-birini tanımayıblar. Hadisə şahidlərinin sözlərinə görə, iki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib. Qızla gəzən K.Abdullayev telefonda kiminləsə kobud danışan P.Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib.

O, P.Çərkəzovu əxlaqlı olmağa çağırıb. P.Çərkəzov iraddan sonra cibindən bıçağı çıxararaq K.Abdullayevə zərbə endirib.

Çərkəzova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Törətdiyi əməl sübuta yetirilərsə, Pərvini doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.

Məhkəmədə məlum olub ki, Çərkəzov daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə məhkumluq həyatı yaşayıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154488

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Oktyabr 2020
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031