“Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz” – Donald Tramp

20.09.2020 - 15:16

ABŞ prezidenti Donald Tramp bildirib ki, elə fərman imzalayar ki, rəqibi Co Bayden prezident ola bilməz.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı Şimali Karolinada tərəfdarları qarşısında çıxışında belə bir zarafat edib.

Ağ Ev rəhbəri demokrat rəqibinin siyasi proqramını sərt şəkildə tənqid edərək onun ölkəni uçuruma aparacağını söyləyib.

“Baydenin gündəliyi bizim iqtisadiyyatı dağıdacaq, ölkəni isə məhvə götürəcək”,-deyə Donald Tramp bildirib.

“Mən istəmirəm ki, insanların bizim prezidentə yazığı gəlsin. Bu oğlan bizə rəhbər ola bilməz. Deyirəm, bəlkə onun bu vəzifəsini tutmasını qadağan edən fərman da imzalayım… İnsanlar ona yazığı gəldikləri üçün səs verəcəklər”,-deyə ABŞ prezidenti sərt üslubunu davam etdirib.

Donald Trampın iddiasına görə, demokratların əsl məqsədi, əslində, yaşlı Baydenin yerinə solçu vitse-prezident Kamala Harrisi dövlət başçısı postuna gətirməkdir.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri bu il noyabr ayının 3-də keçiriləcək. Həmin gün ölkə prezidenti, vitse-prezident, Nümayəndələr palatasının bütün tərkibi, Senatın üçdə biri, 13 ştatın qubernatoru seçiləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=154588

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31