AŞPA Tofiq Yaqublunun ev dustaqlığına buraxılmasını alqışlayıb

22.09.2020 - 15:09

Avropa Şurası Parlament Assambleyasının həmməruzəçiləri Tofiq Yaqublunun sentyabrın 28-də keçiriləcək məhkəmə iclasınadək ev dustaqlığına buraxılmasına dair Bakı Apelyasiya Məhkəməsinin qərarını alqışlayıb.

Report AŞPA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycana dair həmməruzəçilər Rocer Qeyl (Böyük Britaniya) və Stefan Şennax (Avstriya), habelə Azərbaycan üzrə xüsusi məruzəçi Sunna Evarsdottir (İslandiya) birgə məlumat yayıb.

“Onun barəsində həbsin ev dustaqlığına dəyişdirilməsi yaxşı addımdır. Bu da Azərbaycan rəhbərliyinin Tofiq Yaqublu barəsində hökmlə bağlı qayğılarımızı nəzərə alaraq onun davasına Avropa Şurasının standartlarına uyğun ədalətli şəkildə yenidən baxılacağına bizdə ümid yaradır. Biz həmçinin Tofiq Yaqublunun aclığı dayandırmaq qərarından da məmnunuq”, – həmməruzəçilər söyləyiblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=154726

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31