Azərbaycanla Ukrayna arasında uçuşlara bilet satışı başlayıb
“Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkəti Kiyev-Bakı-Kiyev marşrutu üzrə aviabiletlərin satışına başlayıb.
Trend bu barədə şirkətin saytına istinadən məlumat verir.
İlk reysin oktyabrın 4-də həyata keçirilməsi nəzərdə tutulub.
Qeyd olunur ki, bir istiqamətdə biletin qiyməti baqajsız 214 manat, baqajla isə 256 manat təşkil edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=154761