Gecə saat 03.00-da yatarkən öldürüldü, qatili arvadı çıxdı – BAKIDA ŞOK CİNAYƏT

25.09.2020 - 10:45

Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Rəna Sofiyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin icraatında araşdırılacaq.

Qeyd edək ki, hadisə 2019-cu il iyulun 7-də, gecə saat 03.00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.

Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Rəna Sofiyeva həyat yoldaşı Araz Sofiyevin evə basqın edən quldurlar tərəfindən bıçaqlanaraq öldürüldüyünü, özünün isə xəsarət alması barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər.

Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4 800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.

Lakin istintaq mənzilə iki nəfərin basqın etdiyini deyən Rəna Sofiyanın sözlərinə şübhə ilə yanaşıb.

Aparılan istintaq hərəkətləri zamanı qadın törətdiyi cinayəti etiraf edib. O bildirib ki, ərini qısqanclıq zəminində yatarkən öldürüb.

Rəna Sofiyevaya Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=154847

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930