Bakı sakininin “Topaz” kuponu zorla əlindən alınıb

25.09.2020 - 16:14

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinə (PB) sentyabrın 23-də rayon ərazisindəki parkların birində 2 nəfərin Bakı şəhər sakini K.Dostuməliyevə zor tətbiq edərək 100 manat pulunu və 681 manat dəyərində “Topaz” kuponunu alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Ç.Nəsirov və S.Hüseynzadə müəyyən edilərək saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=154893

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31