Rasim Balayev illər sonra yeni obrazda – “İfşa” serialı gəlir

31.03.2021 - 16:10

Müsahibələrində tez-tez keyfiyyətli filmlərin çəkilməməsindən narazılıq edən Xalq artisti Rasim Balayevi tezliklə insan alverinə qarşı mübarizədən bəhs edən “İfşa” serialında görəcəyik.

Serialın rejissoru Elvin Abdulla layihə barədə  danışıb.

 Elvin bəy, “İfşa” serialının artıq səs-sorağı gəlməyə başlayıb. İdeyası kimə aiddir?

– İdeya müəllifi və layihə rəhbəri Ramiz Alıyevdir.

– Baş rollarda kimlər çəkilir?

– Əsas rollarda Tural Əhməd, Könül Cəfərzadə, Xalq artisti Rasim Balayev, Əməkdar artistlər Sənubər İsgəndərli, Murad Məmmədov, Füzuli Hüseynov çəkilir, eyni zamanda Şahin Nəsirov, Məhəmməd Verdizadə, Vahid Orucoğlu, Mahir Mirişli, Zülfiyyə Qurbanova, İsmayıl Kərimov və başqaları rol alıb.

– Əsasən hansı mövzunu əhatə edəcək?

– İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin, ümumiyyətlə, asayiş keşikçilərinin və polis sisteminin iş prosesini, hansı çətinliklərlə üzləşdikləri məqamları əks etdirməyə çalışmışıq.

– Tamaşaçıları nə ilə təəccübləndirməyi düşünürsünüz?

– Düşünürəm ki, serialın ideya və mövzusu Azərbaycan tamaşaçısı üçün yenidir. Çünki Azərbaycanda bu günə qədər polis-detektiv janrında serial çəkilməyib.

Aktyor seçimi də möhtəşəmdir. Həqiqətən çalışmışam ki, peşəkar aktyorları bir yerə toplayım. Bunu bacardıq, öz adıma deyə bilərəm ki, bu, mənim üçün böyük böyük uğurdur. Üçüncüsü, aktyor işi öz sözünü deyəcək.

Magistr təhsilimi Türkiyədə almışam, iki aydır ki, Azərbaycana qayıtmışam. Qayıdan kimi mənə bu serialı həvalə etdilər. Öz təcrübə, bilik və bacarıqlarımı göstərməyi qarşıma məqsəd qoymuşam. Bu mənada rejissor işi ilə də tamaşaçıların ürəyinə yol tapa biləcəyik. Çalışırıq ki, serial maksimum dərəcədə dünya standartlarına uyğun olsun.

– Rasim Balayev hər filmdə rol almır, onu seriala necə razı sala bildiniz? Ümumiyyətlə, belə peşəkar aktyor heyətini bir araya toplamaq sizin üçün çətin olmadı?

– Azərbaycanın “Nəsimi”si, “Babək”i, Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayevin layihəmizdə rol alması, son illər bir çox layihəyə “yox” deyən sənətkarın bizimlə razılaşması bir rejissor kimi mənə həm çox xoşdur, həm də böyük məsuliyyətdir.

Peşəkar aktyorların özləri də qeyd etdi ki, Azərbaycanda belə bir serial olmayıb. Odur ki, hər biri sevə-sevə bu işin bir parçası olmağa razılıq verdi. İnsan alverinə qarşı mübarizədən bəhs edən layihədə yer almaq aktyorların özləri üçün maraqlıdır, serialda vacib sosial mesajlar var, bununla həm dövlətimizə, həm də cəmiyyətimizə töhfə vermiş olacaqlar. Bu cür sanballı layihədə iştirak etməyə hamısı pozitiv yanaşdı.

– Nə zaman izləyə biləcəyik?

– Ölkəmizdə ilk dəfə asayiş keşikçilərinin şərəfli xidmətindən bəhs edən “İfşa” serialı tezliklə ATV kanalında yayımlanmağa başlayacaq.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=161845

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Aprel 2021
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930