Xalq artisti infarkt keçirdi – Vəziyyəti ağırdır

Azərbaycanın Xalq artisti, kino rejissor Ramiz Əzizbəyli infakt keçirib.
Bu barədə sənətçinin ailəsindən məlumat verilib. Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur ki, koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infakt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti stabil-ağırıdır”.
Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=164212