Azərbaycan Ordusu öz gücünü göstərdi – Polkovnik

25.06.2021 - 15:42
Azərbaycan Ordusu öz gücünü göstərdi - Polkovnik

 

Ordumuz Qarabağı işğaldan azad etməklə öz gücünü göstərdi. 30 il müddətində ordumuz inkişaf etdi və öz gücünü həm düşmənə, həm də dünyaya göstərdi. Bu gün isə Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları arasında yer alır.

Bunu  açıqlamasında Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev deyib.

V.Quliyev qeyd edib ki, ordumuz bundan sonra da gücünü artıracaq, daha da təkmilləşəcək: “Azərbaycan Silahlı Qüvvələri öz sözünü dedi və xalqın etimadını qazandı. Daim ölkəmiz terror təhlükəsi altında olub. Bunun səbəbi isə Ermənistan kimi qonşumuzun olmağıdır. Azərbaycan Ordusu ölkəmizə qarşı olan bütün təxribatların qarşısını almağa qadirdir. Torpaqlarımızın işğalda olduğu müddətdə ordumuzun bayram keçirməsi bir qədər sıxıntılı idi”.

Milli Qəhrəman vurğulayıb ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan Ordusu peşəkarlaşdı: “1-ci Qarabağ müharibəsi dövründə dövlətimiz yeni müstəqillik qazanmışdı və Silahlı Qüvvələrimiz yox dərəcəsində idi. Hakimiyyətdə olan qüvvələr arasında çəkişmələr var idi. 1993-cü ildə Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ordu quruculuğuna başladı. Ordumuz silahlandı, NATO standartlarına uyğun təlimlər keçdi. Həmin dövrdə Ulu öndər Azərbaycana Türkiyədən mütəxəssislər dəvət etdi. Zabitlərimiz bəzi NATO ölkələrinin və aparıcı dövlətlərin hərbi məktəblərinə göndərildi. Türkiyədə müəyyən kurslarda iştirak etdi.

Möhtərəm Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusu 44 günlük müharibədə nəyə qadir olduğunu göstərdi. Torpaqlarımız işğal olunduğu dövrdə bayram keçirmək simvolik xarakter daşıyırdı. Bu il isə Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti bu bayramı böyük fəxarət hissi ilə keçirəcək. Azərbaycan Ordusunun şəxsi heyətini və xalqımızı təbrik edirəm!”

Short URL: http://www.cumhuriyyet.net/?p=164537

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31