İrəvanda yenidən aksiyalar keçirilir
Ermənistanda müxalifət yenidən aksiyalara başlayıb.
Cumhuriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Etirazçılar İrəvanın Fransa meydanına yığışaraq, hakimiyyətin istefasını tələb edirlər.
“Biz yürüşümüzə başlayırıq, dövlət strukturlarının binalarının yanından keçəcəyik, sözümüzü deyəcəyik, sonra meydana qayıdıb günün yekunlaşdıracağıq”, – aksiya iştirakçıları bildirib.
Xatırladaq ki, aprelin 25-dən İrəvanda və Ermənistanın bəzi rayonlarında baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Aksiyada iki müxalif fraksiya olan “Hayastan” və “Mənim şərəfim var”ın deputatları da iştirak edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=174982