Köçəryanla Sarkisyan Paşinyana qarşı anlaşdı

14.05.2022 - 12:44

Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sarkisyan hazırkı baş nazir Nikol Paşinyana qarşı birləşmək qərarına gəliblər.

Cumhuriyyet.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, dünən axşam saatlarında R.Köçəryan S.Sarkisyanla görüşüb və hakimiyyətə qarşı mübarizənin bundan sonrakı gedişatı barədə geniş müzakirə aparıblar.

Onların komanda üzvlərinin hələ ki bu görüşün təfərrüatlarından xəbərsiz olduğu qeyd edilir.

Bəzi erməni ekspertlərin fikrincə, dünənki görüşdə son illər münasibətləri soyuyan Köçəryanla Sarkisyan Paşinyanla mübarizə aparmaq istiqamətində ortaq məxrəcə gələ biliblər.

Eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyan, eləcə də hazırda müxalifətin öndə gedən ismlərindən biri – sabiq müdafiə naziri Seyran Ohanyan Ermənistandakı “Qarabağ klanı”nın liderləri sayılırlar. Onlar Qarabağda aparılan 44 günlük müharibədəki məğlubiyyətlə barışmaq istəmir, tez-tez revanşist bəyanatlarla çıxış edir, xüsusilə Şuşa və Hadrutun yenidən işğal olunması üçün çalışacaqlarına dair vədlər verirlər.

Xatırladaq ki, Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət üzvləri mayın 2-dən etibarən ölkənin müxtəlif regionlarında, eləcə də paytaxt İrəvanda fasiləsiz etiraz aksiyaları – yürüş və mitinqlər keçirirlər.

Müxalifət Paşinyan hakimiyyətini “Dağlıq Qarabağ məsələsində yolverilməz güzəştlərə getməkdə” ittiham edir. İqtidar partiyasından olan bəzi millət vəkilləri hesab edirlər ki, müxalifət öz hərəkətləri ilə “müharibəyə təhrik edir”.

Aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175016

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930