Ermənilər Litva prezidentini fitə basdılar
Ermənistanda etiraz aksiyaları davam edir.
Cumhuriyyet.az xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq paytaxt İrəvanda etiraza qalxan vətəndaşlar Baş nazir Nikol Paşinyanın iqamətgahına doğru yürüş ediblər.
Hökumətin istefasını tələb edən müxalif qüvvələr Paşinyanla görüşə gələn Litva prezidentinin avtomobil karvanını fitə basaraq, hökumət əleyhinə şüarlar səsləndiriblər.
Əraziyə xeyli sayda polis əməkdaşları cəlb olunub.
Hazırda iqamətgahda Paşinyan Litva prezidenti Gitanas Nauseda ilə görüş keçirir. Polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırmağa çalışır.
Xatırladaq ki, Litva prezidenti Gitanas Nauseda Ermənistandan əvvəl Azərbaycanda rəsmi səfərdə olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=175483