Erməni nazir Qarabağa qanunsuz səfər etdi
Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan Azərbaycanın Rusiya sülhməralılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Narek Mkrtçyan Xankəndidə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla görüşüb.
Görüşdə sosial təminat sahəsində əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunduğu bildirilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=175522