Azərbaycanda “COVID-19” qurbanlarına abidə qoyulsun – TƏKLİF

30.05.2022 - 13:48

Tanınmış həkim, ictimai fəal Səxavət Əlisoy Azərbaycanda koronavirus qurbanlarının xatirəsinə ümumi bir abidə qoyulmasını təklif edib.

Cumhuriyyet.az-ın məlumatına görə, S.Əlisoy söhbətin 10 minə yaxın mərhumdan getdiyini vurğulayaraq, hökumətə çağırıb edib:

“Pamdemiya 10 minə yaxın soydaşımızın ömrünə son qoydu. Fikrimcə, bu insanların xatirəsi tarixə düşsün deyə bir abidəyə ehtiyac var”.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 29 may 2022-ci il tarixinə kimi Azərbaycanda 9713 nəfər “COVID-19” infeksiyasından vəfat edib. Sonuncu 1 nəfərin mayın 29-da beş verib. Hazırda 50 nəfərə kimi aktiv xəstə sayı var.

Qeyd edək ki, tarixdə baş vermiş belə hadisələrin yaddaşlarda qalması üçün bəzi ölkələrdə kütləvi insan ölümləri baş verən hadisə qurbanlarının xatirəsi əbədiləşdirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=175898

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728