Deputata MDB PA-da vəzifə verildi

31.05.2022 - 16:41

Azərbaycan Milli Məclisinin təklifi ilə parlamentin Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi üzrə keçirilən referendumda iştirak edən MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçilər qrupunun koordinatoru təyin edilib.

 

Cumhuriyyet.az-ın MDB PA-nın Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə müvafiq sərəncamı MDB PA Şurasının sədri, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bu gün imzalayıb.

 

Hazırda MDB PA-ya üzv dövlətlərin milli parlamentlərinin nümayəndələrindən, MDB PA Şurası Katibliyinin əməkdaşlarından və MDB PA-nın Demokratiyanın İnkişafının Monitorinqi Beynəlxalq İnstitutunun ekspertlərindən ibarət monitorinq qrupu yaradılır.

 

Xatırladaq ki, mayın 5-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin qəbulu ilə bağlı iyunun 5-də respublika referendumunun keçirilməsi haqqında fərman imzalayıb.

 

Dövlət başçısının sözlərinə görə, Konstitusiya islahatı bütün dövlət modelinin hərtərəfli transformasiyasına yönəlib. Düzəlişlər “superprezident” idarəetmə formasından prezident respublikasına yekun keçidi nüfuzlu parlament və hesabatlı hökumətlə birləşdirməyə hesablanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=175957

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031