Azərbaycanla İtaliya arasında memorandum imzalandı

01.06.2022 - 13:51

Azərbaycanda işgüzar səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibi xanım Vannia Qava ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, görüşdə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə, yaşıl texnologiyaların tətbiqi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Sonda dayanıqlı inkişaf sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=176007

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728