Şeyxin qudasının həccə getməsinə İCAZƏ VERİLMƏDİ

01.06.2022 - 16:40

“Bu il Həcc ziyarətinə getmək istəsəm də, icazə verilmədi”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası hacı Qalib Salahzadə deyib.

O, bildirib ki, bu il Həccə yaşı 65 yaşdan yuxarı olanlar buraxılmır:

“Mən bu il Ümrə ziyarətinə gedəcəyəm, təxminən noyabr, dekabr aylarına təsadüf edəcək. Bu il yaşı 65-dən yuxarı olanları Ümrəyə qoyurlar, ancaq Kəbə ziyarətinə yox. Ümrə özü də elə kiçik Həcc ziyarəti hesab olunur”.

Sabiq deputat Həcc ziyarətinin müzakirələrə səbəb olan qiymətindən xəbərsiz olduğunu söyləyib: “Bu il qiymətlərin nə qədər olduğunu bilmirəm, yəqin ki, çəkilən xərcə uyğun olacaq”.

Qeyd edək ki, 68 yaşlı Qalib Salahzadə 1990-cı ildən başlayaraq hər il Həcc ziyarətinə gedib.

Xatırladaq ki, bu gün Azərbaycanda Həcc ziyarətinə gediş üçün sənəd qəbulu başa çatıb, qısa müddət ərzində 680 nəfərlik kvota yeri dolub. Pandemiya şəraiti davam etdiyindən 65 yaşdan yuxarı vətəndaşların ziyarətə getməsinə icazə verilməyib. Bu il Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=176028

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728