Əcnəbilər Qarabağa qanunsuz səfər edirlər – STATİSTİKA

03.06.2022 - 11:00

Qarabağda məskunlaşan erməni separatçılar xarici turistlərin Rusiya hərbçilərinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qanunsuz səfərini təşkil etməyə çalışırlar.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Qarabağ separatçılarının nümayəndəsi Gevorq Arakelyan deyib.

“44 günlük müharibədən sonra biz asfaltlanmış yolları olan turizm zonalarını da itirdik. Hazırda avtomobil üçün əlçatan turistik yerlərimiz çox deyil. Bu baxımdan biz gəzinti turlarına güvənirik”, – o bildirib.

G.Arakelyanın sözlərinə görə, separatçılar turistlər üçün 11 əsas istiqamət müəyyənləşdiriblər. Məsələn, onlardan biri məşhur Gəncəsər monastırının olduğu Vəng kəndinə gəzintidir.

Separatçıların nümayəndəsi bildirib ki, 2019-cu ildə Azərbaycandan icazəsiz Qarabağa xarici ölkələrdən 42 minə yaxın “qonaq” gəlib.

“Xarici turistlərin böyük əksəriyyəti Rusiya, ABŞ, Fransa, Almaniya, Polşa, Çindən gəlir. Onların arasında diaspora nümayəndələri də az deyil”, – Arakelyan deyib.

2020-ci ildə Qarabağa qanunsuz səfər edən xarici turistlər 3016 nəfər olub.

2021-ci ildə xarici ziyarətçilərin sayı 4400-ə qalxıb.

Arakelyan deyib ki, Qarabağa Ermənistandan da çoxlu sayda “qonaq” gəlir, lakin onlar əcnəbilər kimi qeyd edilmir. Təkcə 2019-cu ildə Ermənistandan təxminən 45000 “qonaq” Qarabağdakı otellərdə qalıb.

Arakelyanın sözlərindən belə məlum olub ki, bu ilin dörd ay ərzində – yanvar-aprel ayları ərzində artıq 1325 əcnəbi Qarabağa qanunsuz səfər edib.

“Hələlik may ayı üçün statistika yoxdur, lakin artıq aydındır ki, bu rəqəm az deyil”, – Arakelyan əlavə edib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=176165

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728